Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:49

ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat verib


ATƏT-in Minsk Qrupunun həmsədrləri dekabrın 11-də Azərbaycana səfərlərinin nəticələrinə dair birgə bəyanat veriblər.

Bəyanatda bildirilir ki, həmsədrlər Robert Bradtke, Bernar Fasie və Yuri Merzlyakov Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb və Azərbaycanla Ermənistan arasında noyabrın 22-də Münhendə keçirilən görüşdəki diskussiyanı davam etdiriblər.

Həmsədrlər növbəti addım qismində gələn ilin yanvarında Ermənistana səfər edəcəklərini bildiriblər:

«Bu səfərlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsiplərinin razılaşdırılmasının başa çatdırılması üçün prezidentlərin 2010-cu ildə növbəti görüşlərinə yol açacaq».
XS
SM
MD
LG