Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:47

Oğuz-Qəbələ-Bakıya görə pul əvəzinə torpaq veriləcək


Kəmərin uzunluğu 267 kilometr, buraxılış gücü isə saniyədə 5 kub metrdir
Kəmərin uzunluğu 267 kilometr, buraxılış gücü isə saniyədə 5 kub metrdir
Oğuz-Qəbələ-Bakı su kəmərinin keçdiyi torpaqların sahiblərinə pul əvəzinə kompensasiya kimi əvəzləyici torpaqlar veriləcək.

Bunu dekabrın 12-də «Azərsu»nun prezidenti Nizaməddin Rzayev deyib. Artıq bu məsələ ilə bağlı danışıqlar aparılır.

Hüquq müdafiəçiləri bildirir ki, 8 rayon ərazisindən keçən su kəmərinin çəkilişi zamanı 4 mindən çox vətəndaşın mülkiyyət hüququ pozulub.

Oğuz-Qəbələ-Bakı su kəmərinin uzunluğu 267 kilometr, buraxılış gücü isə saniyədə 5 kub metrdir.

Layihənin ümumi dəyəri 480 milyon manatdır. Kəmər 2008-ci ildə istifadə verilməli olsa da, hələ də istismara buraxılmayıb.
XS
SM
MD
LG