İranda İslam inqilanın lideri olmuş keçmiş ali dini lider İmam Xomeyninin portretinin yandırılması ittihamı ilə bir neçə nəfər həbs edilib.
“Röyters” agentliyinin məlumatına görə bu barədə bu gün Tehranın prokuroru Abbas Jəfəri Dolatabadai bildirib.
Bazar günü hazırkı ali dini lider Ayətulla Xameneyi də dövlət televiziyasında göstərilən çıxışında – hələ də iyundakı prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifətçilərə ciddi xəbərdarlıq edərək onları qanunları pozmaqda və Xomeyniyə hörmətsizlikdə günahlandırıb.
"Seçki artıq bitib. Seçki qanuna uyğun keçirilib, onlar daha seçki saxtakarlıqları ilə bağlı iddialarını səsləndirə bilməzlər.
Müxalifətçilər həm qanuna riayət etməyə çağıran şüarlar səsləndirirlər, həm də açıq şəkildə qanunu pozurlar. Həm Ayətullah Ruhullah Xomeynini dəstəklədikləri haqda şüarlar səsləndirirlər, həm də onu təhqir edirlər”.
Həftəsonu isə hakimiyyət tərəfdarı olan ruhanilər yürüş keçirərək “müxalifətin son hərəkətlərini qəti şəkildə pisləyiblər”.
"PORTRET YANDIRANLARA GÜZƏŞT OLMAYACAQ"
Tehran prokuroru bildirib ki, həbs edilənlər arasında dekabrın 7-də keçirilən tələbə yürüşünün iştirakçısı da var.
Prokurorun dediyinə görə, portret məsələsinə görə tutulanlardan biri artıq günahını boynuna alıb. “İnqilab rəhbərinin xatirəsinə hörmətsizlik edənlərə heç bir güzəşt olmayacaq” – deyə o vurğulayıb.
Jafari Dolatabadi konkret olaraq hansısa müxalifət liderinin adını çəkməsə də, deyib: “Əgər kimlərsə düşünürsə ki, onların dəstəkçiləri var və məsuliyyətə cəlb edilməyəcəklər, çox böyük səhv edirlər”.
“Müxalifətin aksiyasında Xomeyninin şəklinin yandırılması” kadrını dövlət televiziyası göstərib.
Müxalifət isə bunun hakimiyyətin özü tərəfindən təşkil edilən bir təxribat olduğunu deyib.
MUSƏVİ KADLARI "ŞÜBHƏLİ" ADLANDIRIB
Keçmiş prezidentliyə namizəd, müxalifət lideri Mirhüseyn Musəvi kadrları “şübhəli” adlandırıb, deyib ki, bu, onların da müdafiə etdiyi İslam İnqilabı prinsiplərinə ziddir.
"Nyu-York Tayms" qəzeti yazır ki, axır aylarda müxalifət iqtidarı seçkini total şəkildə saxtalaşdırmaqda, seçkidən sonrakı nümayişlərdə tutulanları döyməkdə, zorlamaqda ittiham etsə də, iqtidar da müxalifəti düşmənlərin dəyirmanına su tökməkdə suçlasa da, “portret məsələsi”ndə tərəflərin fikri üst-üstə düşür.
Mirhüseyn Musəvi inandığını bildirib ki, universitet tələbələri – belə bir "prinsiplərə zidd" hərəkətə yol verməzdilər.
“Los-Angeles Tayms” isə yazır ki, Xomeyninin nəvəsi Həsən Xomeyni də dövlət televiziyasını “portret yandırma” kadrlarını göstərdiyi üçün tənqid edib və kadrları “təhrif edilmiş” adlandırıb.
İslahatçı qüvvələrə yaxın jurnalist Mirdamadi isə hesab edir ki, hakim komanda içində müxalifət liderlərini məsuliyyətə cəlb edib-etməməklə bağlı fikirayrılığı var.
"Bəziləri inanır ki, müxalifət liderlərini həbs etmək ağıllı hərəkət olmazdı. O biriləri isə radikal tədbirlərə əl atıb Musəvi və Kərrubini tutmaq qarşısındakı maneələri aradan qaldırmaq istəyir".