Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:50

Naxçıvan DİN-i jurnalistlərin şikayəti üzrə araşdırmalara başlayıb


İlqar Nəsibli
İlqar Nəsibli
Naxçıvan Daxili İşlər Nazirliyi jurnalistlər - İlqar Nəsibli və Vəfadar Eyvazovun şikayəti üzrə araşdırmalara başlayıb.

Bu barədə AzadlıqRadiosuna məlumat verən İlqar Nəsibli bildirib ki, dekabrın 18-də, günün birinci yarısı onlar nazirliyə dəvət edilərək izahatları alınıb.

Bundan əvvəl Muxtar Respublikanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq jurnalistlərin təzyiqə məruz qalmadığını bildirmişdi. Bu məlumatı Naxçıvanda çıxan «Şərq qapısı» qəzeti də yazıb.

İlqar Nəsibli: «Qəzetdə yazılanlar cəfəngiyatdır. Həqiqətən vətən xaini olan adam heç bunu özü etiraf edər? Boş bir şeydir. Ağıllarına gələni yazıblar. Onu qəzetə DİN mətbuat xidməti verib. Amma mən bu gün DİN-də oldum. İzahat verdim. Qeydiyyat sənədlərimizi və sairəni istəyirdilər. Hər şeyi toplayırdılar ki, araşdırma aparsınlar. Bu araşdırmanı aparmamış onu ora necə veriblər, niyə belə ediblər anlamıram. Görünür göstərişlə olan bir şeydir. Özü də orada yazılıb ki, guya bizim qeydiyyatımız da yoxdur. Halbuki. bizim qeydiyyatımız var. Orada da sorğu keçirirdik, başqa bir iş görmürdük».

İlqar Nəsibli və Vəfadar Eyvazov Naxçıvan Muxtar Respublikası «Demokratiya və QHT-lərin İnkişafı» Resurs Mərkəzinin əməkdaşlarıdır.

Onlar Naxçıvan Dövlət Universitetində tələbələr arasında sorğu keçirərkən döyülüblər.
XS
SM
MD
LG