Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:57

Sərhədsiz Reportyorlar: “Apelyasiya Məhkəməsi şansını əldən verdi”


“Sərhədsiz Reportyorlar” Jurnalistləri Beynəlxalq Müdafiə Təşkilatı Bakı Apellyasiya Məhkəməsinin bloqqerlər Adnan Hacızadə və Emin Millinin girovla azadlığa buraxmaqdan imtina etməsini pisləyib.

Təşkilatın bəyanatında deyilir ki, Adnan Hacızadə və Emin Millinin girov qarşılığında buraxılmasından imtina etməklə məhkəmə şansını əldən verdi.

Bəyanatda o da deyilir ki, Adnan Hacızadə və Emin Milli hakimiyyəti tənqid etdiklərinə və siyasətçilərin korrupsiyayla məşğul olduqlarını yamsılayan videogörüntü yaydıqlarına görə həbs ediliblər: “Biz hakimiyyəti yumor hissli olmağa çağıra bilmərik, amma Azərbaycanın ifadə azadlığına hörmət etmək kimi beynəlxalq öhdəliyi olduğunu ona xatırlatmaq bizim vəzifəmizdir”.

XS
SM
MD
LG