Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:46

Bir kabinədə 2 seçici…


Bəziləri yazıb-oxumağı bacarmayan nənələrinə-babalarına köməklik edirlər…
Bəziləri yazıb-oxumağı bacarmayan nənələrinə-babalarına köməklik edirlər…
Bakının Mehdiabad qəsəbəsindəki bir-birinə yaxın 29, 30 və 31 saylı məntəqələrin qarşısında qələbəlik hökm sürürdü. Bəzi şəxslər məntqələrin qarşısında gözləyir, seçicilərə kimə səs vermələri haqda sakitcə göstərişlər verirdilər. 29 saylı məntəqənin daxilində də necə deyərlər, «pıçapıç» davam edirdi. Hətta bəzən bir kabinəyə 2 seçici birdən daxil olurdu.

BİR KABİNƏDƏ 2 SEÇİCİ

29 saylı məntəqənin sədri Lamiyə Ələsgərova bunu bəzi seçicilərin latın qrafikasını bilməmələri ilə izah edirdi:

- Bilirsiniz, biz kiril əlifbasından latın əlifbasına keçsək də hələ də bəziləri latın qrafikasını bilmir. Bəziləri isə ümumiyyətlə savadsızdırlar, yazıb-oxumağı bacarmırlar. Ona görə də bəziləri yazıb-oxumağı bacarmayan nənələrinə-babalarına köməklik edirlər…

Ancaq yazıb-oxumağı bacarmayan seçicilərə deyəsən, əksər məntəqələrdə kütləvi şəkildə rast gəlmək mümkün idi.

4-cü kabinəyə diqqətlə baxın
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00
Direct-ə keçid


KÜTLƏVİ SAVADSIZLIQ YOXSA KÜTLƏVİ SAXTAKARLIQ?

Hər halda 45 saylı Abşeron Seçki Dairəsinin Masazır qəsəbəsindəki 22 saylı məntəqəsində də bəzi hallarda bir kabinəyə bir neçə seçici birdən daxil olurdu. Məntəqə Seçki Komissiyasının sədri İsmayıl Bəndəliyev də bəzi seçicilərin latın qrafikasını bilmədiyindən buna imkan verdiklərini gizlətmirdi. Bəs bu qanun pozuntusunun etirafı deyilmi?

- İndi qanun buna imkan verməsə də biz nə etməliyik. Bu adam hərf tanımır, ancaq seçkiyə gəlib, biz onun arzusunu gerçəkləşdirməməliyik?

KOMİSSİYA ÜZVLƏRİ SEÇİCİLƏRİN ƏVƏZİNƏ SƏS VERİRLƏR

İsmayıl Bəndəliyev
8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 12 saylı məntəqəsində isə komissiya üzvləri özləri bəzi hallarda seçicilərin əvəzinə bülletenləri işarələyirdilər. Baxmayaraq ki, özləri də bunun qanunsuz olduğunu bilirdilər:

- Bunu sənə göstərmək nöqsandır, ancaq neyləyim?...

BİR NƏFƏR BİR NEÇƏ NƏFƏRİN ƏVƏZİNƏ SƏS VERİR


Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Yardım və Məsləhət Mərkəzinin müşahidəçiləri isə məlumat verir ki, 3 saylı Babək-Kəngərli seçki dairəsinin 1, 4, 5 və 6 saylı məntəqələrində bir nəfərin bir neçə nəfərin əvəzinə səsvermə halları aşkar olunub. Eyni hal Naxçıvan şəhər 4 saylı seçki dairəsinin 1, 10, 26 və 31 saylı məntəqələrində də müşahidə olunub.

AzadlıqRadiosunun müxbirləri Məlahət və İlqar Nəsibovları isə Naxçıvanda məntəqələrə buraxmayıblar. Onlar Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin 40 və 46 saylı məntəqələrində bələdiyyə seçkilərinin gedişi ilə maraqlanmaq istəsələr də buna imkan verilməyib.

BARMAQLARA MÜRƏKKƏB VURULMUR

17 saylı Yasamal 3-cü seçki dairəsinin 29 və 30 saylı məntəqələrində isə pozuntular kütləvi xarakter alıb. Müxbirlərimizin müşahidələrinə görə, qrup halında məntəqəyə daxil olan seçicilərin barmaqları mürəkkəblənməyib. Məntəqə komissiyasının üzvləri də bir neçə dəfə səs veriblər və müxbirimizə bu anları fotoya köçürməyə imkan verməyiblər.
XS
SM
MD
LG