Dekabrın 25-i Azərbaycanın ən böyük milyonçularından və mesenatlarından biri olan Ağa Musa Nağıyevin 160 yaşı olur. Keşməkeşli ömür yaşamış bu şəxs 1849-cu ildə Biləcəri kəndində doğulmuş, 11 yaşından hamballıq etmiş, üç-beş qəpiyə çiynində yük daşımış, milyonçuluğa gedən çətin yolda səbirlə addımlamışdı. 50 yaşı olanda, o artıq sərvəti aşıb-daşan milyonçu idi. Deyilənə görə, təmtərağı sevən deyilmiş, şan-şöhrətdən məst olmazmış, artıq xərcdən, israfçılıqdan qaçarmış. Bəlkə elə bu üzdən adına cürbəcür yalanlarla, doğrularla çulğaşmış əfsanələr uydurublar. Onların hansı gerçək, hansı yapmadır? Bəs əslində kim olub Ağa Musa? Bakıya belə bənzərsiz binalar qoyub gedən milyonçunu Azərbaycan nə dərəcədə dəyərləndirib? Uzun illər milyonçunun heç kəsə bəlli olmayan doğum günü niyə 25 dekabrdan hesablanır? Ən nəhayət, biz öz keçmişimizi bilirikmi? Ən azı, bilməyə cəhd edirikmi? «Can Bakı»nın qonaqları - görkəmli milyonçunun nəvəsi, onun adını daşıyan Milli Dəyərlərin Qorunması Fondunun rəhbəri Dilarə Nağıyeva-Ağamusa və tarixçi alim Hacı Həsənovdur.
S.İ.: Dilarə xanım, Hacı müəllim, xoş gördük sizi. İki gündür Ağa Musa Nağıyevin 160 illiyində Dilarə xanımı «Can Bakı»ya qonaq çağıracağımız barədə anons vermişik. Amma gələn şərhlər bizi söhbətə tarixçi alimin də qatılmasına inandırdı. Düzü, mən dinləyicilərimizin, oxucularımızın Ağa Musanın həyatına aid ən müxtəlif suallar göndərəcəyini düşünürdüm. Ancaq gələn şərhlərdə əsas fikir-- Dilarə xanımın nəvəliyini və onun dediklərini şübhə altına almaqdır. Hacı müəllim, Ağa Musanın həyatına belə münasibət sizcə nədən doğur?
H.H.: Çox sağ olun dəvətə görə. Mən bilirəm ki, Siz olan şeyləri olduğu kimi göstərmək istəyənlərdənsiniz. Saytınıza gələn şərhlərlə də tanış oldum. Dilarə xanımın nəvəliyi məsələsinə gələndə...bilirsinizmi, bizim şifahi xalq ədəbiyyatının tarixi çox qədimdir. Biz oxuduqlarımızdan daha çox eşitdiyimizə inanmağa çalışırıq. Nağıllara, əfsanələrə daha çox önəm veririk, nəinki həqiqətə. Dilarə xanımın Ağa Musa Nağıyevin nəvəsi olmasına heç bir şübhə yoxdur. Şübhəsi olanlar Dilarə xanımın öz kitabında verdiyi sənədlərə baxsınlar, Dövlət Tarix Arxivində qorunan sənədlərlə tanış olsunlar. O kişi rəsmi şəkildə bu xanımın atasını övladlığa götürüb. Tarixdə belə şeylər çox olub. Bəzən hətta bioloji qohumluğu olmayan doğmadan da yaxın olub. Təəssüf ki, bu sətirlərin müəllifləri bu barədə arxiv sənədlərinə yox, eşitdiklərinə inanıblar. Onları başa düşmək olar. Sovet dövründə kitablarda bir cür yazılırdı, həyatda başqa cür görürdük. Xalqın inamsızlığının əsası var. Bir misal gətirim. Allah rəhmət eləsin - Hacı Zeynalabdinə, Ağa Musa Nağıyevə, Murtuza Muxtarova--bunların içərisində öz dədə-baba sərvətinə görə milyonçu olanı yoxdur. Bunlar hamısı yoxsul təbəqədən çıxıblar. Öz zəhmətləri ilə, əziyyətləri ilə, ağılları, fərasətləri ilə nail olublar o sərvətə. İstedadlı adamlar olublar. Ona görə də, onların zəhmətlərinin üstünə nə isə əlavə edib yazmaq və yaxud nə isə götürmək qeyri mümkündür. Amma ictimai fikir bunu edir. Baxın, Hacı Zeynalabdin X1X-XX əsrdə fəaliyyət göstərən, Bakının simasını Bakı eləyən çox görkəmli Azərbaycan türküdür. İctimai fikir hər şeyi Hacının üzərinə qoyur. Kimdən soruşsan, deyəcək ki, allah rəhmət eləsin, Şollar suyunu Hacı çəkdirib. Bütün Bakı elə bilir. Sənədə müraciət etsən, belə şey görməzsən. Bu barədə xüsusi tədqiqat var.
S.İ.: Axı, Hacının da rolu olub bu kəmərin çəkilməsində...
H.H.: O kişinin təşəbbüsdə rolu var. Layihələr üçün mükafat ayrılmasında əməyi var. Bakı su kəmərini Bakı Şəhər İdarəsi çəkdirib. Mühəndis gətiriblər, Lindleyi, onunla müqavilə bağlayıblar. Kürdən çəkmək istəyiblər, nə bilim haradan çəkmək istəyiblər, cod su çıxıb, dava düşüb, axırda Lindley deyib ki, məni çağırmısınızsa, mən deyəni edin. İş uzanıb. Bakı Şəhər Duması 27 milyonluq 5 %-li istiqraz buraxıb, onun hesabına da kəməri çəkdirib (Xatırladım ki, istər Qılman İlkinin, istərsə də Manaf Süleymanovun Bakıya həsr olunmuş məşhur əsərlərində bu kəmərin çəkilişində həm Şəhər İdarəsinin istiqraz buraxdığı, həm də Bakı milyonçularının bu işə vəsait qoyduğu yazılır - S.İ.). Eləcə də, Ağa Musa haqqında ictimai rəydə bəzi fikirlər formalaşa bilər. Amma bu obıvatel yaddaşıdır, tarixi yaddaş deyil. Tarixə baxaq, Pir Budaq Sultan Əhməd Cəlairinin oğlu deyildi, Qara Yusifin oğlu idi. Dövləti özü yaratdı, taxta onu oturtdu. Qaraqoyunlu dövlətinin birinci hökmdarı kimi taxta o çıxdı. Yəni Ağa Musanın öz qardaşı oğlunu vərəsə təyin etməsi niyə təəccüblü görünməlidir ki? O şərhləri oxuyanda, bəziləri məndə təəssüf doğurdu. Babalarımızın ruhuna belə yanaşmaq olmaz. Xüsusilə də, elektron informasiya vasitələrindən yararlanan bir nəsil üçün bu yolverilməzdir.
S.İ.: Dilarə xanım, məncə siz öz kitabınızda da yazmısınız, hətta ötən il «Can Bakı» proqramının canlı efirindən də söylədiniz ki, Şollar su kəmərinə qoyulan vəsaitin çox hissəsini babanız ...
D.N.A.: ... öz boynuna götürüb. İndi ona açıqlıq gətirəcəyəm. Əvvəla, onu deyim ki, totalitar rejim hamının belini bükdüyü kimi , bu nəslin də belini bükmüşdü. Heç kəs dinib-danışa bilmirdi. Biz hamımız sürgündə doğulmuşuq. Həmişə deyirəm, atam 1952-ci ildə sürgündən 5 uşaqla qayıtdı. Çox çətinliklər gördük. «KQB»nin zirzəmisində onu elə hala salmışdılar ki, hər şeydən əl çəkmişdi. İctimaiyyət hər şeyə şübhə ilə yanaşır. Amma niyə indiyədək maraqlanmayıblar ki, Ağa Musa harada dəfn olunub, onun qəbri var di, ya yox? 80 il o Kərbəla həsrəti ilə gözləyib (Ağa Musa Kərbəlada dəfn olunmasını istəyibmiş - S.İ.). 690 milyon varidatı olan adamın 3 dəfə qəbri dəyişdirilib. 98 bina tikdirib. Manaf Süleymanov 70 bina yazır, amma atamın xatirələri, arxiv sənədləri onun 98 bina tikdirdiyini sübut edir (Manaf Süleymanov kitabın 1987-ci il nəşrində onun yüzə qədər əzəmətli bina tikdirdiyini yazır, səh.93-S.İ.). Məndə 20-25-ə qədər binanın mülk kağızı (kupça) var. 98-in 12-si inzibati binalardır. Mənim istədiyim odur ki, o binalarda mənə bir otaq versinlər ki, onun adına qurduğum İctimai Birliyin fəaliyyətini sürdürüm. Nə yer ayırırlar, nə qeydiyyata alırlar. Mən «İsmailiyyə»yə gedəndə qanad açıb uçmaq istəyirəm ki, bu babamın tikilisidir. Orada atamın ayaq izləri var, İsmayıl əmimin, Ümbülbanu xanımın, Ağa Musanın ruhu dolaşır...Bir dəfə yuxuda gördüm babamı. Gördüm, sol çiynimdən ağ libaslı bir kişi mənə deyir ki, yaz: 92-40-04, bura zəng vur. Səhər durub o nömrəyə zəng vurdum. Bilirsinizmi hara çıxdı? Onun tikdirdiyi Realni məktəbin binası...(İstiqlaliyyət küçəsindəki İqtisad Universiteti - S.İ.). Ora getdim. Rektor Şəmsəddin Hacıyev məni hörmətlə qarşıladı. Onun vəsiyyətnaməsini də aparmışdım. 1907-ci ildə o vəsiyyət etmişdi ki, tikintiyə 25 min ayırıram, bu şərtlə ki, mənim və nakam oğlumun portretləri akt zalından asılsın. Asılmışdı da. Sovetlər axırına çıxdı. 2006-cı ildən biz universitetin Elmi Şurasının qərarı ilə onların portretlərini təzədən asdıq...Mən bəyəm pis iş görürəm? Niyə ictimaiyyət bunu alqışlamır?
S.İ.: Dilarə xanım, lütfən, məzarı barədə sözünüz yarımçıq qaldı...
D.N.A.: 80 il ayaq altında olub Ağa Musanın qəbri. 1919-cu ildə rəhmətə gedib babam. Onu Çəmbərəkənd qəbiristanlığında basdırıblar. Müvəqqəti dəfn ediblər ki, ara sakitləşəndə, Kərbəlaya aparsınlar. Sonra bolşeviklər gəlir və hər şey unudulur. 1931-ci ildə Kirovun heykəlinin qurulması ilə bağlı götürüb aparıblar ata yurdu Biləcəriyə. Proparka qəbiristanlığında dəfn ediblər. Gizlicə, anam cavan gəlin imiş, əmimlə onu kəfənə büküblər, kəfənlik ağ tapılmayıb, balışüzünə tutub basdırıblar...Qoy ictimaiyyət bunu deyib ağlasın... Onu bədbəxt tale izləyirmiş. 1938-də gəliblər ki, buradan da çıxarın, vaqon deposu tikirik. Oradan çıxarıb Biləcəridəki dağüstünə gətiriblər. Qəbri nə halda idi? Üstündə bir kiçik daş...1992-ci ildən sonra mən bu işin üstünə düşdüm. Həm imkanım yox idi, həm də fikirləşirdim ki, ölkəyə bu qədər xeyir verən insan olub, onunla dövlət maraqlanmalıdır... 1997-ci ildə Hacı Əvəz bu işi öhdəsinə götürdü. Mənim fikrimi soruşdular ki, öz kəndində olsun, ya Kərbəlada? Nə yaxşı ki, mən Kərbəlaya aparılmağa izn vermədim. Biləcərinin girəcəyində onu 4-cü dəfə dəfn elədik. Üstündə «İsmailiyyə»nin təsvirini də qoyduq. Vaxtilə Ağa Musa 35 ailənin vəsiyyətinə əməl edib, onların dəfnini Kərbəlada keçirmişdi. 30 min fəhləyə çörək vermişdi. Qudası Şəmsi Əsədullayevi bankrotdan qurtarmışdı...
S.İ.: Dilarə xanım, Şollar su kəmərini həm də babanızın malıyyələşdirdiyi barədə informasiyanı haradan almışdınız?
D.N.A.: Mən Hacı müəllimin dediklərinin əksinə getmək istəməzdim. Amma atam bunu həmişə xatirə kimi danışırdı. O deyirdi ki, kəmərin çəkilməsinə ən çox vəsaiti—75%- i atam qoyub, 33 milyon xərcləyib. Atam deyirdi ki, Ağa Musanın 413 milyon pulu olub. Amma Manaf Süleymanov 70 milyon yazır (Manaf müəllim bunu yazan kimi, əlavə edir ki: «Mirasın ümumi dəyəri bundan qat-qat çox imiş» səh.99-S.İ.). Sonra Sankt-Peterburqdan – «Monetnı Dvor»dan xəbər gəldi ki, Nobellərdən sonra ikinci milyonçu olan Ağa Musanın 690 milyon varidatı varmış. Mən vaxtilə ulu öndər Heydər Əliyevə də, məhkəməyə də müraciət etmişdim ki, vərəsəliyimi yox, o nəsildən olduğumu sübut edim. Yaxşı ki, harayıma çatanlar həmişə olub. Mən də Bakımız üçün çalışıram. Öz izimi yox, Ağa Musanın izini qoymaq istəyirəm. Vaxtilə atası ona demişdi ki, nə qədər bacarırsan bina tikdir. O da evlər, mehmanxanalar tikdirirdi. Qaldı, «doxodnı» evlər məsələsinə, burada nə var ki? Bəs indi göydələnlər tikdirənlər nə üçün tikdirirlər?
H.H.: Dilarə xanım, mən sizi dinlədim. Çox yanğı ilə danışırdınız. Ancaq deyilən ayrı-ayrı fikirləri ictimaiyyətlə eyniləşdirməyin. Çıxışınızda ayrı-ayrı adamların sizə necə kömək göstərdiyini danışdınız. Şollar barədə müzakirə açmaq fikrində deyiləm. Mən vaxtilə Şəhər Dumasının fəaliyyəti ilə bağlı arxivlərdə işləmişəm. Babanızın bura pul qoyması xalq içində gəzən söz-söhbətdir. İstər babanız, istər başqa milyonçular Azərbaycan üçün o qədər iş görüblər ki, öz elədikləri kifayətdir, gəlin, olmayanı onların ayağına yazmayaq. Mən hesab edirəm ki, xalq üçün hətta ən kiçicik iş görmüş adamın da xatirəsi hörmətə layiqdir. Sizin babanızın isə, Bakıda fəaliyyət göstərən onlarla binası qalıb ki, tələbəmizə elm verir, alimimizə iş yeri verir və xəstəmizə şəfa verir...Hər bir şəxsin çatışmayan cəhətləri olur. Biz də durub 100 il əvvəl yaşayanların naqisliklərini üzə çıxarmaq yox, millət üçün etdiklərini qabartmalıyıq. Ruslar I Pyotrla, II Yekaterina ilə, Savva Morozovla fəxr edirlər. Bəyəm onların çatışmayan cəhətləri yox idi? Niyə onlar Pyotrun bu cəhətlərini yox, dövlət qurmasını önə çəkirlər? Bir də, Dilarə xanımın dediyi rəqəmlərə düzü, mən bir az şübhə ilə yanaşıram. Ancaq əlimdə dəqiq rəqəmlər də yoxdur.
S.İ.: Dilarə xanım, söhbətimizi bitiririk. Görürəm, nə isə demək istəyirsiniz...
D.N.A.: Mən demək istəyirəm ki, onun tikdirdiyi binalardan 10-u 28 may küçəsində yerləşir - Kirxa da daxil olmaqla. Hamısının torpaqla birgə kağızları məndədir. Bu binaların hamısını gəzmişəm. Üstündə venzelləri də var - M.N. Babam Mirzəbəyovun İstiqlaliyyət küçəsindəki 7 mərtəbəli binasını da alıb, onun da alqı-satqı kağızı məndədir. Diaspor Komitəsinin binası da Ağa Musanındır. İndiki «Üns» teatrının binasını 6 milyon manata alıb. Ora mühasirəyə alınanda, mən teleqramlar, məktublar yazdım hər yerə ki, nə olar, oranı sökməyin. Sağ olsunlar, saxladılar, məni eşitdilər. «Göy Göl» oteli də onundur. 2006-cı ildən onun adını tikdirdiyi xəstəxanadan götürüblər. Təmir adı ilə. Səhiyyə Nazirliyinə nə qədər teleqramlar vurdum, məktublar yazdım. Şükürlər olsun ki, bu yay eşitdim, prezident deyib ki, təmirdən sonra xəstəxanaya onun adı qaytarılacaq. Yeri gəlmişkən, o binanı da oğlunun xatirəsinə tikdirib. “Ana və uşaq”çağırılan xəstəxananı da babam tikdirib. Fuad Əfəndiyevin adını daşıyan mərkəzdəki xəstəxananı da. Sabunçudakı poliklinikanı da. Dördü də elə bil əkizdirlər. Diaspor Komitəsinin binasını görmüsünüz? Elə bil muzeydir. Ora da getmişəm, orda da portretini asmışıq...
S.İ.: Dilarə xanım, eşq olsun sizə, görün nə qədər işlər görmüsünüz? (Gülüşmə)
D.N.A.: Mən özüm üçün qapı döymürəm ki, babam üçün çalışıram ... İstəyirəm mənə də dəstək versinlər.
H.H.: Dilarə xanım, sizin bu gün ən nüfuzlu bir KİV-ə çağırılmağınız dəstək deyilmi? Bizim Tarix İnstitutunda da hər zaman sizə diqqət ayırırıq. İstənilən cəmiyyətdə müxtəliflik var, olacaq da. Ona görə də hər şeyi ağrılı qəbul etməyin.
D.N.A.: Sonda bir şeyi bildirmək istəyirəm. 25 dekabr Ağa Musa Nağıyevin sonuncu məzar evinə köçürüldüyü gündür. 1998-ci il dekabrın 25-də çox böyük bir mərasim keçirdik. Hacı Əvəzlə bu qərara gəldik ki, bu günü onun doğum günü hesab edək. Ağa Musa 1919--cu il martın 4-də dünyasını dəyişib. 1849-cu ildə doğulub, ayı-günü bəlli deyildi. Üzümü dinləyicilərə, oxuculara tutub deyirəm ki, evimin qapısı üzünüzə açıqdır. Telefon nömrəm: 494-67-10. Hər zaman zəng vurub istədiyiniz sualı verə bilərsiniz, gələ bilərsiniz. Mənim evim arxivdir...
S.İ.: Hər ikinizə təşəkkür edirəm. Sağ olun.

Onu bədbəxt tale izləyirmiş. 1938-də gəliblər ki, buradan da çıxarın, vaqon deposu tikirik. Oradan çıxarıb Biləcəridəki dağüstünə gətiriblər. Qəbri nə halda idi? Üstündə bir kiçik daş...
Vahid Xanəliyevin «Böyük Bakının su təchizatı» adlanan dissertasiya işi var, orada hər şey yazılıb. Hacı onsuz da Azərbaycan üçün, Bakı üçün o qədər şey edib ki, nə qədər Azərbaycan var, Hacı Zeynalabdin olacaq. S.İ.: Axı, Hacının da rolu olub bu kəmərin çəkilməsində...