«Biz qutumuzu axtarırıq. Seçki qutumuzu kim götürüb, harada gizlədiblər, onu tapıb versinlər bizə. Allahın haqqını bərpa edək».
Dekabrın 26-da Sabirabad rayon sakinlərini Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında aksiya keçirməyə vadar edən «itən» seçki qutularıdır.
64 saylı Sabirabad ikinci seçki dairəsinin Şəhriyar bələdiyyəsinə seçkilər iki məntəqədə - Şəhriyar və Xəlifəli kəndində keçirilib.
Müstəqil qaydada namizədliklərini irəli sürmüş YAP üzvləri deyirlər ki, dekabrın 23-də seçkilər başa çatar-çatmaz Xəlifəli kəndində seçki qutusunu naməlum istiqamətə aparıblar.
Nazim Babayev (namizəd): «Bu işi quran icra nümayəndəsi və rayonun baş həkimidir, YAP-ın əli ilə. Partiya bileti olmayan, 1 səsi olmayanları seçiblər, həqiqi seçilmişlərin hamısı qalıb kənarda. Biz haqsızlıqdan partiyanın özünə şikayət etmək istəyirik. Amma eşidən yoxdur».
Güloğlan Həsənov (müşahidəçi): «Xəlifəli kəndindən bülletenləri aparıblar və öz istədikləri adamları salıblar. Mən YAP-ın üzvüyəm. Bu, düzgün deyil. Axı prezidentimiz belə deməyib, mən prezidenti müdafiə edirəm. Amma yerlərdə rəhbərlər, hətta icra hakimiyyəti də bu işə qarışır».
YAP-çı namizədlər iddia edir ki, 400-500 səs toplayan namizədin yerinə daha az səs yığanlar keçib:
«450 səs toplayanın yerinə 47 səs yığan, 380-in yerinə 4 səs toplayan keçib. Nazim Babayev 374 səs toplayıb, amma 88 səs toplayan keçib».
Ancaq Xəlifəli kəndinin icra nümayəndəsi Mənsimalı Heydərov deyilənləri təkzib edir:
«Qanunvericilikdə göstərilir ki, icra nümayəndəliyi həmin ərazidən 100 metr kənarda olmalıdır. Seçkini təşkil edirik, amma seçki günü biz artıq kənarda idik. Deyilən ittihamlar yalandır».
YAP-ın Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev isə narazılıqları təbii sayır:
«Bu məsələ ilə Dairə Seçki Komissiyasının özü də maraqlanıb, mən özüm də əlaqə saxladım. Öz təşəbbüsü ilə başqa partiyaların müşahidəçilik missiyasını yerinə yetirənlərin də izahatı var. Onlar bülletenlərin sayılmasını, protokolun yazılmasını, Dairə Seçki Komissiyasına təqdim olunmasını müşahidə ediblər».
N. Quliyev bildirir ki, Sabirabad rayonunda 6 minə yaxın partiya üzvü var, YAP 261 yerə öz namizədlərini irəli sürüb. Bundan əlavə, 100-dən artıq müstəqil namizədliklərini irəli sürənlər də olub:
«Təbii ki, müəyyən hissə qələbə çalıb, namizədliyini müstəqil verənlərdən də seçilənlər olub. Bu o demək deyil ki, YAP-çıların hamısı seçilməlidir. Belə narazılıqlar ola bilər».
MSK-nın qarşısına toplaşanlara isə komissiyadan bildiriblər ki, şikayətləri araşdırılacaq. Ancaq sabirabadlılar araşdırmanın bir nəticə verməyəcəyindən ehtiyatlanırlar.