Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:41

Van Qoqun qulağını kim kəsib?


Yüz ildən çoxdur ki, alimlər məşhur holland rəssamı Vinsent Van Qoqun qulaqsız qalmasının səbəbi üzərində baş sındırırlar.

Hadisə 1888-ci ildə milad bayramı ərəfəsində baş verib. Britaniyalı tədqiqatçı Martin Beyli bu günlərdə yeni versiya irəli sürüb.

Həmin versiyaya görə, rəssam qardaşı Teonun evlənmək qərarından xəbər tutandan sonra qulağını özü kəsib.

Alim qeyd edir ki, yoxsulluqdan əziyyət çəkən Van Qoqa qardaşı Teo maddi yardım edirmiş, uzun illər ərzində Teo hər ay, bəzən isə iki ayda bir dəfə rəssam qardaşına pul göndərirmiş və Vinsent qardaşının evlənmək qərarından xəbər tutandan sonra yardımların kəsiləcəyini düşünüb və ümidsiz vəziyyətdə özünə xəsarət yetirib.

Van Qoq haqqında kitabın müəllifi olan Martin Beyli bildirir ki, 1888-ci ildə Teo qardaşına məktub yazaraq sevgilisi Coannaya evlənmək təklif etdiyini yazıb.

Alim Van Qoqun qulaqsız qalandan bir neçə həftə sonra çəkdiyi natürmortu analiz edib.

Tədqiqatçı oradakı məktub təsvirinin üzərində aydın görünən poçt markalarına diqqət yetirməyi tövsiyə edir, deyir ki, qardaşı məktubu Van Qoqa dekabrın ortalarında göndərib və məktubun rəssamın ünvanına yetişməsi tarixi onun qulaqsız qalması tarixi ilə üst-üstə düşür.

Van Qoqun "Ulduzlu gecə" rəsmi. 1889
Xatırladaq ki, bu il Van Qoqun qulaqsız qalmasının səbəbi haqda daha bir versiya irəli sürülmüşdü.

Tarixçi-sənətşünaslar Hans KaufmanRitv Vildeqans belə bir versiya irəli sürüblər ki, rəssamın qulağını onun dostu – fransız rəssam Pol Qogen kəsib.

Onlar güman edirlər ki, rəssamlıqla yanaşı qılınc oynatmada da mahir olan Qogen yaradıcı mübahisə zamanı özündən çıxaraq belə bir hərəkət edib.

Gərgin iş və spontan həyat tərzi ömrünün sonunda Van Qoqda psixi xəstəlik əlamətlərinin yaranmasına səbəb olub. 1889-90-cı illəri rəssam ruhi xəstəxanalarda keçirib.

Axırda isə intihar edib - tapança ilə özünü ölümcül yaralayıb.

AzadlıqRadiosunun "Oxu zalı"nda həmçinin oxu!

Tarixdə ilk dəfə elektron kitabların satışı kağız kitabları üstələyib

Rus kilsəsi yazıçılar üçün mükafat təsis etdi

Mafiyanı "dəli eləyən" yazıçı
XS
SM
MD
LG