İranın rəsmi İRNA xəbər agentliyi məlumat yayıb ki, bazar günü müxalifətin nümayişi zamanı ölənlərdən 5-nin cəsədi istintaqı yekunlaşdırmaq üçün saxlanır. Onların arasında müxalifət lideri Mir Hüseyn Musəvinin qardaşı oğlu 35 yaşlı Əli Musəvinin də cəsədi var. Onun nümayiş zamanı güllə yarasından öldüyü deyilir.