Böyük Britaniyanın baş naziri Qordon Braun Çində narkotik maddə qaçaqmalçılığına görə Britaniya vətəndaşı Akmal Şeyxin edam olunmasını kəskin pisləyib.
Britaniya hökumətinin məlumatına görə, Akmal Şeyxin əfvi ilə bağlı Çinə 27 xahiş məktubu göndərilib.
Akmal Şeyx 2007-ci ildə 4 kiloqram heroinə görə həbs olunmuşdu. Britaniya tərəfinin iddiasına görə, Şeyxin ruhi pozğunluğu olub və öz hərəkətlərinin tam halında fərqində olmayıb.
Bunlara baxmayaraq, Akmal Şeyx bu səhər edam olunub. Hüquq müdafiə təşkilatı «Amnesty International» da bu hadisəni pisləyib.