Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:13

«Bu tryukla Eynullanın həbs müddətini uzatmaq istəyirlər»


Azerbaijan - Vidal, Elsa, head of the Europe and post-Soviet countries desk, Reporters Without Borders, Baku, 14Oct2008
Azerbaijan - Vidal, Elsa, head of the Europe and post-Soviet countries desk, Reporters Without Borders, Baku, 14Oct2008
"Bu tryukla Eynullanın həbs müddətini uzatmaq istəyirlər".

Bu sözləri Fransada yerləşən "Sərhədsiz Reportyorlar" Təşkilatının Avropa və keçmiş sovet respublikaları üzrə təmsilçisi Elza Vidal - Azərbaycanda həbsdə olan "Gündəlik Azərbaycan" qəzetinin rəhbəri Eynulla Fəyullayevə qarşı irəli sürülən yeni ittihamlara münasibət bildirərkən deyib. (Azadlıq Radiosu)

"Biz bu işə çox böyük şübhə ilə yanaşırıq.

Çünki biz bilirik ki, gələn həftə jurnalistin işi ilə bağlı Avropa Məhkəməsinin dinləmələri keçirilməlidir. Biz bu şübhəli "tapıntı"nı ittihamı tərəfinin Fətullayevi mümkün qədər gözdən salmaq, günahkar obrazında göstərməkdir.

Biz bir daha jurnalistə dəstəyimizi nümayiş etdirmək istəyirik. Çünki biz bilirik ki, o, narkotik istifadəçisi deyil, qətiyyətli və həqiqətpərəst bir jurnalistdir, Fətullayev öz yazılarında elə məsələlərə toxunurdu ki, hakimiyyət həmin mövzuların qabardılmasını istəmirdi".

E.Vidal deyib ki, onlar Fətullayevin işinin baxılacağı Avropa İnsan Haqları Məhkəməsində onun vəkilinə dəstək verəcəklər.

Təşkilat yaxın saatlarda məsələ ilə bağlı rəsmi bəyanat yayacaq.

Fətullayevin vəkili deyir ki, jurnalistin kamerasına heroini qəsdən atıblar.

Bu gün yayılan məlumata görə Fətullayevin ayaqqabısından və paltarının astarından 0,2 qram heroin tapılıb.

Fətullayevi terrorizmə çağırış, vergidən yayınma ittihamları ilə 8,5 il müddətinə azadlıqdan məhrum ediblər. O Azərbaycan məhkəmələrindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib.
XS
SM
MD
LG