Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:08

Məhəmməd peyğəmbərin karikaturasını çəkənə hücum olub


Kurt Vesterqord
Kurt Vesterqord
Məhəmməd peyğəmbərin vaxtilə böyük etirazlar doğurmuş karikaturasının müəllifi, danimarkalı Kurt Vesterqordun evinə hücum olub.

Danimarka mediasının yaydığı xəbərə əsasən, Somali mənşəli bir nəfər rəssamın evinə girərək balta ilə ona hücum edib.

Vesterqord ən son anda xüsusi yaradılan otağa çəkilərək, polisə zəng edə bilib. Bu otaq rəssamın Arhüs şəhəri yaxınlığındakı evində məhz belə hücumlardan qorunmaq üçün yaradılıb.

Vesterqord mətbuata bildirib ki, hücum edən «qisas» və «intiqam» qısqıraraq onun gizləndiyi otağın qapısını sındırmaq istəyib.

Polis hadisə yerinə gələndə 28 yaşlı cinayətkar polis maşınlarına da balta ilə hücum edib. Polis əməkdaşları onu güllə ilə əllərindən yaralayıb həbs ediblər.

Vesterqordun 2002-ci ildə çəkdiyi karikatura müsəlman dünyasında ciddi etirazlara səbəb olmuşdu. Ona qarşı ölüm hədələri də səslənmişdi.
XS
SM
MD
LG