Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:17

«Qazprom»un sönən ulduzu


«Qazprom»un loqosu
«Qazprom»un loqosu
Cəmi ilyarım bundan əvvəl Rusiya rəsmiləri «Qazprom»un parlaq gələcəyindən danışırdılar. 2015-ci ildə «Qazprom»un kapital dəyərinin 1 trilyon dollar olacağından, şirkətin səhmlərinin Nyu York Birjasında satılacağından və s. və ilaxır bəhs edirdilər.

Ancaq Rusiya prezidenti Dmitri Medvedev də 2009-cu ilin sonunda Federal Assambleyanın iclasında bildirdi ki, artıq təkcə xammal satışı haqda düşünmək lazım deyil. Ölkənin netf-qazdan asılılığını aradan qaldırmaq, digər sahələri inkişaf etdirmək lazımdır.

Çünki artıq vəziyyət kökündən dəyişib. 2009-cu ildə «Qazprom»un gəlirləri yarıbayarı azalıb.

Beynəlxalq Enerji Agentliyinin 2015-ci il üçün proqnozlarına görə, 5 il sonra dünya bazarında təbbi qaz təklifi tələbi üstələyəcək, bu da qiymətlərin lap aşağı düşməsinə səbəb olacaq.

«Qazprom» üçün bəd proqnozlardan biri də, Avropa Birliyinin 2020-ci ilə kimi qaz istehlakının 20 faizini yenilənən enerji mənbələriylə əvəzləmək planlarıdır.

«Qazprom»a qaz verən Orta Asiya dövlətləri artıq qazı ya baha qiymətə satmaq istəyir, ya da ümumiyyətlə Çin və Hindistana satmağa üstünlük verir.

Avropa Birliyi artıq Xəzər və Yaxın Şərqdən qaz almaqla Rusiyadan asılığını azaltmaq istəyir.

Yəni bəd proqnozlar o qədər çoxdur ki, hətta «Qazprom»un Avropaya çəkəcəyi iki yeni kəmər və Sibirdə hələ işlənməyən yataqlardan Çinə qaz satmaq planları da vəziyyəti düzəltməyə kifayət etməyə bilər.

SSRİ-NİN BAŞINA GƏLƏNLƏR RUSİYANIN BAŞINA GƏLƏ BİLƏR

Vaşinqtondakı Vudro Vilson Mərkəzinin araşdırmaçısı Steysi Klossonun sözlərinə görə, hər şey əslində Sovetlər dönəminin yenidənqurmadan öncəki böhranına oxşayır:

Neft Araşdırmaları Mərkəzindən İlham Şaban
- Tarix təkrarlana bilər. SSRİ-nin başına 1970-ci ildə gələnlər Rusiyanın başına 2010-cu ildə gələcəyə oxşayır. Neft yataqlarının kortəbii istismarı o dövrün qlobal enerji böhranıyla üst-üstə düşdü və Sovet iqtisadiyyatı planlaşdırılan səviyyənin çox gerisində qaldı. «Qazprom»un gələcəyiylə bağlı bugünkü proqnozların da oxşar taleyi ola bilər.

Rusiya rəsmilərinin də «Qazprom»a görə narahat olması səbəbsiz deyil. Çünki şirkət həm dövlət büdcəsinin əsas gəlir, həm də yetərincə şəffaf olmadığı üçün korrupsiya mənbəyidir. Ancaq korrpusiya və ayrılan bütün vəsaitlərin mənimsənilməsi ölkənin ümumilikdə qaz hasilatı və nəqliyyatı sistemini o qədər pis günə qoyub ki, artıq bu sistemi yeniləmək üçün ciddi vəsait qoyulmasına və yeni texnologiyalara ehtiyac var.

Rusiyanın kifayət qədər ciddi tərəfdaş imicinin olmaması da «Qazprom»un vəziyyətini ümidsiz edir.

ARDNŞ-İ BEYNƏLXALQ ŞİRKƏTLƏRLƏ MÜQAYİSƏ EDƏNDƏ…

Steysi Klossonun «Qazprom» və Rusiya haqda proqnozları Azərbaycan və Dövlət Neft Şirkətinə şamil oluna bilərmi?

Neft Araşdırmaları Mərkəzindən İlham Şaban deyir ki, əslində həm «Qazprom», həm ARDNŞ, həm də Səudiyyə Ərbistanının Dövlət Neft Şirkəti eyni tipli inhisarçı qurumlardır. Ərəblər dünyanın ən çox neft çıxardan şirkəti olsalar da, ruslar hamıdan çox qaz ixrac eləmək iddiasında olsalar da, onların şirkətləri effektivlik baxımından nə BP, nə «Exxon», nə də başqa şirkətlərlə müqayisə oluna bilməz. Azərbaycan Dövlət Neft Şirkəti ilə elə Azərbaycandakı beynəlxalq şirkətləri müqayisə edəndə fərq açıq-aydın görünür:

– BP-nin operatorluq elədiyi Beynəlxalq Əməliyyat Şirkəti 2 min nəfərlik ştatıyla 40 milyon ton neft çıxardıb, ARDNŞ 70 min işçisiylə cəmi 7 milyon neft, 8 milyard da qaz hasil edir.

İlham Şaban deyir ki, Azərbaycan Dövlət Neft Şirkəti də vaxtında normal idarəetməyə keçə bilməsə, bu qədər hasilatı olmasına baxmayaraq cəmi 100-300 milyon manat mənfəətlə işləməyə və geriləməyə davam edəcək.
XS
SM
MD
LG