Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 00:33

Azərbaycan beynəlxalq təşkilatlara şikayyət edəcək


Qazaxda qəbiristanlığın ermənilər tərəfindən dağıdıldığı sübuta yetirilsə, Azərbaycan beynəlxalq təşkilatlara müraciət edəcək.

Bunu.XİN- nin mətbuat katibi Elxan Poluxov bildirib.

O qeyd edib ki, nazirlik araşdırmanın nəticələrini gözləyir.

Söhbət Qazax rayonunun Qızılhacılı kəndindəki qəbristanlıqda məzar daşlarının dağıdılmasından gedir.

İşğal altında olan kəndin qəbiristanlığı yanvarın 7-dən 8-ə keçən gecə dağıdılıb, 30-dan çox məzarın başdaşı sındırılıb.

Bu barədə APA-ya Qazax rayon Polis Şöbəsinin rəis müavini Ədalət Sadıqov məlumat verib.

Kənd hazırda işğal altında olsa da, qəbiristanlıq biz tərəfdədir.
işğal edilməyib.

Rəis müavini deyib ki, o bu vandalizmi ermənilərin törətdiyinə şübhə etmir.
XS
SM
MD
LG