Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 07:57

MSK bir sıra bələdiyyələr üzrə səsvermənin nəticələrini ləğv edib


Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası bir sıra seçki dairələrində və məntəqələrdə dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini ləğv edib.

50 saylı Qobustan-Xızı-Quba Dairə Seçki Komissiyasının sədrinin bu vəzifəyə uyğun fəaliyyət göstərmədiyi qənaətinə gəlinib. O vəzifəsindən azad edilib.

70 saylı Masallı şəhər DSK-nın heyətinin tam şəkildə buraxılması barədə qərar qəbul edilib.

80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə Sarxanlı bələdiyyəsinə, 71 Masallı kənd seçki dairəsi üzrə Boradigah və Ərkivan bələdiyyələrinə, 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Naftalan şəhər bələdiyyəsinə, 79 saylı İmişli seçki dairəsi üzrə Məzrəli bələdiyyəsinə, 64 saylı Sabirabad seçki dairəsi üzrə Şəhriyar bələdiyyəsinə keçirilən seçkilərin nəticələri etibarsız sayılıb.

70 saylı Masallı şəhər seçki dairəsinin 3 saylı seçki məntəqəsində səslərin yenidən sayılması və 79 saylı İmişli seçki dairəsi üzrə 7 seçki məntəqəsinin tərkibinin buraxılması barədə qərar qəbul edilib.
XS
SM
MD
LG