Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:47

«İŞDƏN SONRA»: Bənənyardan qayıdan müxbrimiz efirdə


Proqramın 1-ci saatında aparılan müzakirələr.

Mövzu: Mərkəzi Seçki Komissiyası hansı dairələr üzrə nəticələri ləğv etmədi? Baxılan və baxılmayan şikayətlər silsiləsindən hüquqşünas Ələsgər Məmmədlinin mövqeyi

Efirdə səslənən fikirlər.

Ə.Məmmədli:

- MSK seçki şikayətlərinin mahiyyətinə baxmaq əvəzinə, prosedur pozuntularına diqqət yönəldərərk mətbuatda rast gəldiyimiz şikayətlərin böyük qismini rədd etdi

- 70 saylı Masallı dairə komissiya üzvləri istefaya göndərilib, amma seçkilərin nəticələri ləğv edilməyib. 71-saylı dairədə isə, əksinə, nəticələr ləğv olunub, amma komissiya üzvləri yerindədirlər

Ədalət Əhmədov (Masallı Boradigah seçki dairəsindən namizəd) telefonıa efirə qoşuldu.

MSK indiki qəbul etdiyi qərarla razıyam. İlkin nəticələrə görə 6 namizəd qalib elan olundu. Lakin gecə saat 2-dən sonra bizdən az səs toplayanlar qalib elan edildi, bizim adımız protokollardan çıxarıldı. Biz MSK-ya yazılı müraciət etdik, MSK şikayətimizi göndərdi Masallı dairə seçki komissiyasına. Lakin orada bizim şikayətlərə baxılmadığından, biz dairə seçki komissiyasından "fəaliyyətsizlik etdiyinə görə" şikayət etdik.

Ə.Məmmədli:

- Seçki komissiyaları seçki şikayətlərini araşdırmaq əvəzinə, polis və yerli icra hakimyyitlərini göndərib izahat almağa çalışır.

Akif Qurbanov Umid partiyasından MSK-nın üzvü

- Səbayıl rayon 29 saylı seçki dairəsində baş verənlərlə bağlı şikayətlərin heç biri MSK tərəfindən araşdırılmadı, əksinə mənim adımdan mətbuata yanılış məlumat verildi.

17.45

Mövzu: Naxçıvan həqiqətləri müxbirimiz Maarif Çingizoğlunun gözü ilə

M.Çingizoğlu:

- Naxçıvandan heç bir taksi məni Bənənyara aparmaq istımədi. Əbrəqunusa gedib orada taksini dəyişməli oldum. Bütün səfər boyu üzərimdə nəzarət hiss edirdim. Mənimlə heç kim söhbət etmək istəmirdi. Su içmək adı ilə döydüyüm qapıda hadisələr zamanı yaralanan bir gənc var idi.

Çəkdiyim foto və videoların müsadirə olunmasından ehtiyat edərək kənd rəhbərliyinə yalan demək məcburiyyətində qaldım. Dedim, guya tarixi abidələri çəkmək üçün Naxçıvana gəlmişəm...


İKİNCİ SAATDA BAŞ VERƏNLƏR


Vəkil Aslan İsmayılovla Bakı küçələrindən uzaq Bənənyar kəndinədək Azərbaycan

A.İsmayılov:

- Parlament üzvləri arasında 2 fəal millət vəkili var - Pənah Hüseynov və Qənirə Paşayevə. Onlar öz seçicilərinin problemlərini qaldırmaqda çox fəaldırlar. Pənah Hüseynov Sabirabaddan seçilib. Bu yaxınlarda bir Cabirabad sakinindən soruşuram ki, bu il də Pənah bəyə səs verəcəksiniz? Cavab verir "Yox, çünki deyirlər ki, Pənah Hüseynov hökumətə qarşı çıxır deyə bizə problem yaradırlar"... Deyirəm, axı Pənah Hüseynov hökümətə qarşı çıxmır ki, Pənah Hüseynov hüquqların pozulmasına qarşı çıxır.


SMS – (+994 50 744 10 17)

Telefon – 436 – 77 - 41

Elektron ünvan – efir@azadliqradiosu.az
XS
SM
MD
LG