Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:29

Google Çin yazıçılarından üzr istədi


"Google Books" layihəsinin Asiya bölməsinin rəhbəri Erik Hartman Çin Yazıçılar Assosiasiyasından üzr istəyib – çinli yazıçıların əsərlərini onların xəbəri olmadan İnternetə yerləşdirməsinin qanunsuz olduğunu etiraf edib.

"Google" şirkəti bildirib ki, hazırda Çin Yazıçılar Assosiasiyası ilə danışıqlar gedir və əsərlərin hansı şərtlərlə İnternetə yerləşdirilməsinin mümkünlüyü müzakirə olunur.

Şirkət deyir ki, indilik onlar çinli yazarların əsərlərinin üzünü çıxarmağı dayandırırlar və bu ilin iyununda razılıq əldə oluna bilər.

Çinli yazarlarla "Google" arasında problem 2008-ci ildə yaranıb. Çinli müəlliflər bir də xəbər tutublar ki, Google onların nə az-nə çox 18 min əsərini İnternetə yerləşdirib. Çin yazıçısı Mian Mian isə hətta Google şirkətinə qarşı məhkəmə iddiası qaldıracağını demişdi.

Google şirkəti bir neçə ildir ki, İnternetdə nəhəng bir layihə gerçəkləşdirməyə çalışır, beynəlxalq şəbəkədə açıq kitabxana yaradır.

Fransada da şirkəti məhkəməyə vermişdilər.
XS
SM
MD
LG