Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:01

Keçmiş nazir oğluna ev vermək ittihamı ilə 8 il iş aldı


Qırğızıstanın keçmiş müdafiə naziri İsmayıl İsakov səkkiz il azadlıqdan məhrum edilib. Hərbi məhkəmə onu 2005, 2007-ci illərdə saxta sənədlərlə oğluna ev verməkdə günahlı bilib. Korrupsiya və maliyyə pozuntuları ittihamları isə işdən çıxarılıb.

Bu gün məhkəmə zalında İsmayıl İsakov ittihamı rədd edib və yalnız siyasi baxışlarına görə cəzalandırdığını deyib:

- Qırğız xalqında heç kim bu cür ittihamlara biganə qalmamalıdır. Bu əməliyyatı, despotik istəkləri, xalqa qarşı siyasi repressiyaları və xalqın fikrini heçə saymanı dayandırmasaq, sabah çox gec olacaq.

İsakov Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin ən yaxın müttəfiqlərindən biri olub. 2005-ci ilin martında inqilabla hakimiyyət dəyişikliyində o da müdafiə naziri postunu tutub və 2008-ci ilin əvvəlində isə Milli Təhlükəsizlik Şurasının katibi olub. Həmin ilin oktyabrında isə vəzifəsindən istefa verərək müxalifətə qoşulmuşdu.
XS
SM
MD
LG