Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:15

Zəlzələdə 100 mindən artıq adamın öldüyü bildirilir


Haitidə baş vermiş dəhşətli zəlzələdə 10 minlərlə adamın öldüyü xəbər verilir. Ölkənin baş naziri Jan Maks Belrib isə CNN-ə müsahibəsində ölənlərin 100 mindən artıq olduğunu bildirib.

7 ballıq zəlzələdən əsasən ölkə paytaxtı Port-a-Prins zərər çəkib.

Şəhərin əksər hissəsi dağılıb, minlərlə insan dağılmış binaların tör-töküntüsü altında qalıb.

Dünyanın müxtəlif yerlərindən Haitiyə humanitar yardımlar gəlir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi hesab edir ki, 3 milyondan çox adamın təcili yardıma ehtiyacı ola bilər.

BMT-nin baş katibi Ban Kİ Mun Haitiyə təcili 10 milyon dollar yardım ayrılacağını bəyan edib.

Təşkilat zəlzələdə azı 16 əsgərinin öldüyünü xəbər verir.

Onlardan 11-i braziliyalıdır.


XS
SM
MD
LG