«Mənim bundan başqa mənzilim yoxdursa, qışın bu çağında hara getməliyəm? Yoldaşım vətənə qulluq eləməzdi, bu taxta evdən ötrü də özünü öldürməzdi. 30 əsgər gəlir dayanır qapının ağzında ki, bu evdən çıxmalısınız. Yoldaşım təyyarəçidir, hər dəfə əsəbi halda uçuşa gedir».
ZABİTLƏRİN MƏNZİLLƏRİNƏ İŞIQ VƏ QAZ VERİLMİR
Əvvəllər Müdafiə Nazirliyinin Hava Qoşunları və Hava Hücumundan Müdafiə Qüvvələrində çalışmış 12 zabit öz ailəsiylə küçəyə atılmaq təhlükəsi ilə üz-üzə qalıb. Zabit ailələri qışın oğlan çağında heç bir məhkəmə qərarı olmadan, qəflətən küçəyə atılmaqları ilə barışmırlar. Hazırda həmin zabitlər Fövqəladə Hallar Nazirliyi, Daxili Qoşunlar və Sərhəd Qoşunlarında xidmət edirlər. Müdafiə Nazirliyinin Qala qəsəbəsindəki N saylı hərbi hissəsinin ərazisindəki hərbi şəhərcikdə yaşayan bu zabitlərə hərbi hissə komandiri Əliş Əliyev mənzilləri boşaltmaq barədə xəbərdarlıq edib.
20 İLDƏN ARTIQ QULLUQ ETMİŞƏM, MƏNİ EVİMƏ BURAXMIRLAR
Artıq zabitlərin mənzillərinin enerji və qaz təchizatı dayandırılıb. 12 zabit və onların ailə üzvləri şəhərciyə buraxılmır. Onların evinə gələn qonaqlar da şəhərciyin buraxılış-nəzarət məntəqəsinin qapısından geri qayıtmalı olur. Buraxılış məntəqəsinin qapısında şəhərciyə buraxılmayan zabitlərin siyahısı da vurulub. Bu barədə göstəriş hərbi hissə rəhbərliyindən gəlib. Uzun illər Müdafiə Nazirliyinin aviasiya qoşunlarında xidmət etmiş zabitlərsə hərbçiyə göstərilən münasibətdən narazıdırlar. Zabit Umarilo Umarov: «Vətəni qorumaq üçün 20 ildən artıq qulluq eləmişəm. Hal-hazırda işdən gələndə məni hərbi şəhərciyə buraxmırlar, evimə girə bilmirəm. Bu gün mən nəyə görə çölə atılmalıyam?»
ŞƏHƏRCİKDƏ BAŞIMIZA OYUN AÇIRLAR
Digər zabit Əli Adıgözəlov deyir ki, Müdafiə Nazirliyinin aviasiya qoşunlarında 22 il xidmət edib. Hazırda isə Fövqəladə Hallar Nazirliyində qulluq edir. 18 gündür ki, hərbi hissənin zabitləri onların hərbi şəhərcikdə yaşayan ailələrinə göz verib işıq vermirlər: «18 gündür bunlar bizim başımıza nə oyunlar açırlar, onu bir Allah bilir. Niyə, biz kimə pislik eləmişik? Mən demirəm o evdən çıxmıram, mən o evdən çıxaram. Ancaq qanun çərçivəsində. Nə işığa, nə suya, nə qaza borcum olmadığı halda hamısını kəsiblər. Nəzarət buraxılış məntəqəsindən keçib qızım, yoldaşım gedib çörək ala bilmirlər. Çünki geri qayıdanda onları şəhərciyə buraxmırlar. Qız uşağı qalır ağlaya-ağlara məntəqənin qabağında».
GƏNC ZABİTLƏRİN MƏNZİL PROBLEMİ BELƏ «HƏLL OLUNUR»
Zabit Sahib Cəfərovsa Müdafiə Nazirliyinin aviasiya qoşunlarında nə az, nə çox – düz 24 il xidmət edib. Onun sözlərinə görə, hərbi şəhərciyin daxil olduğu hərbi hissənin əsgərləri 12 zabitin ailəsi ilə qəsdən qarşıdurma yaradırlar ki: «Mənim övladlarım qız uşaqlarıdır. Həmin əsgərlərin bəxti onda gətirib ki, mən xidmətdə olanda gəlib ailəmi narahat ediblər. Mən evdə olsaydım, başlarına «lomla» vuracaqdım, sonra da gedib girəcəkdim «türməyə».
İndi isə Müdafiə Nazirliyinin öz keçmiş zabitlərinə qarşı tutduğu mövqenin səbəbləri barədə. Hərbi şəhərciyin tabe olduğu hərbi hissə komandiri Əliş Əliyev səbəb kimi hərbi hissəyə yeni hərbi qulluqçuların gəlməsini və onların mənzillə təminatında çətinliklər yarandığını göstərib. Hətta zabitlərə məsləhət görülüb ki, mənzil əldə etmək üçün hazırda çalışdıqları qoşun növlərinin rəhbərliklərinə müraciət etsinlər. Bunu hərbi hissənin hüquqşünası Anar Hüseynov deyir: «Rəhbərliyin xəbərdarlıqları olub, xahiş olunub ki, öz qoşun növlərinizdə xidməti mənzillə təmin olunub oranı tərk edəsiniz».
Zabitlərsə deyir ki, hazırda müxtəlif qoşun növlərində qısamüddətli müqavilə əsasında qulluq edirlər. Elə müqavilələri qısamüddətli olduğuna görə də, onlar yalnız qısamüddətli yaşayış mənzili ilə təmin oluna bilərlər, daimi yox.
Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava hücumundan müdafiə qoşunlarının komandan müavini Elşad Pənahov deyir ki, 12 zabitin hər biri xidməti uyğunsuzluğuna görə ordudan tərxis olunub. Xidməti uyğunsuzluğa görə tərxis olunmuş və hazırda başqa qoşun növündə qulluq edən zabitləri isə hərbi şəhərcikdə saxlamaq fikirləri yoxdur.
QALIB ORDUDA XİDMƏT EDƏYDİLƏR...
«Qalıb orduda xidmət etsəydilər, onları ordan heç kimin çıxarmaq fikri yox idi. Onlar gediblər və bu gün başqa qoşun növlərində xidmət edirlər. Mümkün deyil ki, başqa qoşun növünün zabitlərini öz hərbi şəhərciyimizdə saxlayaq, öz zabitlərimiz küçədə qalmalı deyillər ki?»
Elşad Pənahov deyir ki, həmin hərbi hissədə gənc zabitlər qulluq edir ki, onlar başqa yerlərdə kirayədə yaşayırlar. 12 zabiti mənzildən çıxarmaqda məqsəd həmin mənzilləri hazırda hərbi hissədə qulluq edən zabitlərə verməkdir.
Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərlisə Müdafiə Nazirliyinin öz keçmiş zabitlərinə qarşı tutduğu mövqe ilə razılaşmır: «Dövlətdə mənzil problemi həmişə var. Hərbi qulluqçular üçünsə bu, çox qabarıq problemdir. Mən düşünmürəm ki, bu 12 mənzil bütövlükdə silahlı qüvvələrdə mənzil problemini həll etmiş olsun. Bu zabitlər də Azərbaycan Respublikasının vətəndaşlarıdır, kimləri ki, orda yerləşdirmək istəyirlər, onlar da bu ölkənin vətəndaşlarıdır».
«BİRİNİN MƏNZİL PROBLEMİ BAŞQASININ HESABINA HƏLL EDİLƏ BİLMƏZ»
«Qanun heç kəsə ixtiyar vermir ki, birinin hesabına başqasının problemini həll eləsin. Zabit xidmətdə olub, ona mənzil verilib, o, qanuni şəkildə həmin mənzilə yerləşdirilib. Mənzildən çıxarılmağı da qanuna müvafiq şəkildə həyata keçirilməlidir».
Yaşar Cəfərli deyir ki, qanuna görə, hərbçi 15 ildən artıq orduda qulluq edibsə və hətta xidməti uyğunsuzluğa görə ordudan tərxis edilibsə, onu küçəyə atmaq yolverilməzdir. O ki qaldı hazırda talelərindən söhbət açılan 12 zabitə, onlar orduda 20 ildən artıq qulluq ediblər: «Tərxis olunandan sonra ona hökmən başqa mənzil verilməlidir, sonra çıxarılmalıdır».
Yaşar Cəfərli deyir ki, əvvəlcə həmin zabitlər yerli icra hakimiyyəti tərəfindən başqa yerlərdə mənzillə təmin olunmalıdırlar. Əgər bundan sonra da onlar mənzili tərk etməsələr, bu zaman onlar mənzillərdən yenə də yalnız məhkəmə yolu ilə çıxarıla bilərlər. O ki qaldı zabitlərin mənzillərinə enerji və qaz verilməsinin dayandırılmasına, bu da qanunsuzdur. Həmin şəxslərin mənzildən çıxarılmasına dair məhkəmə qərarı olmadan onlar qaz, işıq, su və s. xidmətlərdən məhrum edilə bilməzlər.