Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:51

30 il əvvəl Roma Papasına atəş açmış Mehmet Əli Ağca bu gün azadlığa çıxır


30 il əvvəl 1981-ci il mayın 13-də Romada Papa İohan Pavelə atəş açaraq onu ağır yaralamış və üst-üstə 30 ilə yaxın həbsxana həyatı yaşamış Türkiyə vətəndaşı Mehmet Əli Ağcanın bu gün azadlığa çıxacağı gözlənilir. Vəkilinin sözlərinə görə, Ağca hərbi xidmətə göndərilməsi üçün tibbi müayinədən keçiriləcək.

Boz qurdçu olduğu söylənilən Ağcanın Papaya sui-qəsdinin motivi hələ də tam bəlli deyil. Ağca bu əmələ görə aldığı 19 illik həbs cəzasını İtaliyada çəkdikdən sonra 1979-cu ildə bir türk jurnalisti qətlə yetirdiyinə görə Türkiyədə əlavə 10 il həbsxana həyatı yaşayıb.

XS
SM
MD
LG