30 il əvvəl 1981-ci il mayın 13-də Romada Papa İohan Pavelə atəş açaraq onu ağır yaralamış və üst-üstə 30 ilə yaxın həbsxana həyatı yaşamış Türkiyə vətəndaşı Mehmet Əli Ağca bu gün azadlığa çıxıb.
Vəkilinin sözlərinə görə, Ağca hərbi xidmətə göndərilməsi üçün tibbi müayinədən keçirilib və hərbi xidmətə yararsız olduğu müəyyənləşib.
«Boz qurd»çu olduğu söylənilən Ağcanın Papaya sui-qəsdinin motivi hələ də tam bəlli deyil.
Ağca bu əmələ görə aldığı 19 illik həbs cəzasını İtaliyada çəkdikdən sonra 1979-cu ildə bir türk jurnalisti qətlə yetirdiyinə görə Türkiyədə əlavə 10 il həbsxana həyatı yaşayıb.