Bu il Bakıdakı yataqxana və sanatoriyalarda yaşayan məcburi köçkünlərin köçürülməsinə başlanılacaq. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun verdiyi məlumata görə, əvvəlcə ali məktəblərin yataqxanalarda yaşayanlar köçürüləcək.
Bakıda 60 yataqxanada 24 min məcburi köçkün yaşayır. Sanatoriya binalarında yaşayanların sayı isə 10 min nəfərdir.
Dünən 2009-cu ilin yekunlarına həsr olunmuş müşavirədə prezident İlham Əliyev məcburi köçkünlərin yataqxanalardan çıxardılacağını və onlar üçün yeni binaların inşa olunacağını deyib.