- İndi hərbi biletin qiyməti 4 min manatdır. Bir gündə pul ver, bir həftə -10 gündən sonra hərbi bileti al, qoy cibinə. Hərəsinə bir ad qoyurlar, guya ayağından, gözündən əlildir, dəlidir və s. Əvvəllər Biləcəriyə göndərib, komissiyadan keçirirdilər. İndi rayonun özündə komissiyaya çıxarılır, orada nə lazımdır edirlər...
Talıb Əliyev Astaradakı vəziyyətdən danışarkən belə deyir. Onun sözlərinə görə, orduya çağırış qaydaları dəyişdirilsə də, qanun pozuntuları qalmaqdadır. Üstəlik, daha normal şəraiti olan hərbi hissəyə yerləşdirilmək üçün tələb olunan rüşvətin məbləği də xeyli artıb.
Ötən il hərbi çağırış sisteminə dəyişiklik edilib. Neqativ halları aradan qaldırmaq üçün hərbi komissarlıqlardan səlahiyyətlər alınaraq, Müdafiə Nazirliyinin Səfərbərlik İdarəsinə verilib. Ekspertlər bu yeniliyin ancaq problemlərin «ünvanını dəyişəcəyini» proqnozlaşdırırdı. İndi gözləntilərinin reallaşdığını deyirlər.
BAKIDA HƏRBİ XİDMƏTİN QİYMƏTİ 4-10 MİN MANATDIR
Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov hesab edir ki, hərbi çağırışla bağlı islahatlar yalnız rüşvətin məbləğini 2-3 dəfə artırıb. Qanunların qəbulu islahat, Qərbə inteqrasiya kimi qələmə verilsə də, ekspertin fikrincə, bütün addımlar bir qrup insanın marağına xidmət etməkdədir:
- Əgər əvvəllər məsələ 300-700 manata həll olunurdusa, indi 2 min -3 min manata başa gəlir. Məsələn, Astarada müəyyən xəstəlik bəhanəsi ilə hərbi xidmətdən yayınmaq əvvəllər 1000-1500 manata idi, hazırda 4 min manat olub. Əhalidən gələn məlumatlardır bunlar. İslahat adı ilə edilən dəyişiklik bu cür qiymətlərin artımına səbəb olub. Bakı şəhərində daha çox bahaçılıqdır, qiymətlər 4–10 min arasında dəyişir. Yenilik kimi qələmə verirlər. Bu, Azərbaycan cəmiyyətini ələ salmaqdır.
Ələkbər Məmmədov deyir ki, məmurlara dəstək olmasa, bu cür xoşagəlməz hərəkətlərə yol verməzlər. Ekspert əlavə edir ki, bu qanunsuz hərəkətlər bəzi əlaqəli dəllallar vasitəsilə həyata keçirilir:
«Hərbi komissarlığın öz işçiləridir onlar, kimlərin nazirliklə əlaqəsi var, onların əli ilə həll olunur».
POZUNTULARLA BAĞLI DEYİLƏNLƏR ƏSASSIZDIR
Hərbi çağırış zamanı neqativ halların olmasını isə Müdafiə Nazirliyi istisna edir. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev bildirir ki, çağırış prosesi yüksək səviyyədə həyata keçirilir:
- Bu deyilənlərin əsası yoxdur. Çağırış qaydalarında şəffaflığın daha səmərəli aparılması üçün edilən islahatlar öz bəhrəsini verməkdədir. Artıq valideynlər övladlarının hansı hərbi hissəyə düşdüyünü, hansı qoşun növündə qulluq edəcəyini əvvəldən bilirlər. Bu da müsbət haldır. Hər hansı hadisə olursa, araşdırılır, lazımi addımlar atılır.
1500 MANAT OLSAYDI…
…10 aydır Ağdam bölgəsində xidmət çəkən Müşfiq Əliyevin ailəsi isə hökumətdən narazıdır. Əsgərin ailəsi 1500 manatları olsaydı, bu gün epilepsiyadan əziyyət çəkən Müşfiqin ön cəbhədə deyil, evdə müalicə olunacağını deyirlər:
- Bizə köməklik etmək məqsədilə deyildi ki, sənədlərinizi təsdiqləmək üçün 1500 manat verin. Biz verməyəndən sonra əsgər aparıldı…
Hazırda Azərbaycanda həqiqi hərbi xidmətə çağırış davam edir. 18 yaşı tamam olmuş, yaşı 35-dək olan şəxslər yanvarın 30-dək həqiqi hərbi xidmətə çağırılırlar.