Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:36

Rəsmi Bakı Soçidəki görüşün gündəliyində olan detalları açıqlamır


Novruz Məmmədov: «Ümid etmək lazımdır ki, budəfəki görüş müəyyən mənada irəliyə doğru addım atmaqda zəmin yaratsın»
Novruz Məmmədov: «Ümid etmək lazımdır ki, budəfəki görüş müəyyən mənada irəliyə doğru addım atmaqda zəmin yaratsın»
Prezident Administrasiyasındakı mənbələrin məlumatına görə İlham Əliyev və Serj Sarkisyanın Soçidəki görüşündə növbəti deklorativ sənədin imzalanacağı gözlənilir. Rəsmi Bakı Soçidəki görüşün gündəliyində olan detalları açıqlamır.

Prezident Administrasiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov:

«Əlbəttə ümid etmək lazımdır ki, budəfəki görüş müəyyən mənada irəliyə doğru addım atmaqda zəmin yaratsın».

Şöbə müdiri inanır ki, görüşdə Rusiya prezidentinin iştirakı Ermənistan rəhbərliyinin müəyyən qədər konstruktiv mövqe tutub irəliyə doğru addım atılmasına şərait yarada bilər:

«Mən inanıram ki, son hadisələrin fövqündə Ermənistan rəhbərliyi bu dəfə daha çox konstruktiv mövqe tutacaq və problemin həlli istiqamətində müəyyən addımların atılmasına şərait yaradacaq».

Novruz Məmmədov deyir ki, Azərbaycan rəhbərliyinin mövqeyi dəyişməzdir - Bakı ərazi bütövlüyü prinsipindən geri çəkilməyəcək.

Bakı və Yerevan Soçi görüşü ərəfəsində Madrid prinsiplərinə əsaslanan yenilənmiş təkliflər alıblar. Yanvarın 20-21-də Yerevan və Bakıya səfər edən ATƏT-in Minsk qrupu həmsədrləri mətbuatla əlaqədən yayınıblar. Səfərin yekunları ilə bağlı onların ümumi bəyanatında deyilir ki, tərəflər sülh prosesini davam etdirəcəklərini təsdiqləyiblər.

Politoloq İlqar Məmmədov deyir ki, o, Soçi görüşündə təsirli nəticənin olacağını istisna etmir. Amma onun sözlərinə görə, münaqişənin tənzimlənmə prosesində Amerika Birləşmiş Ştatlarının rolu zəifləyib və bu da həmsədrlər arasında razılaşmanın olmamasına səbəb ola bilər:

«Soçi danışıqlarının nəticələri əgər Azərbaycanı, Ermənistanı, Rusiyanı və Türkiyəni qane edirsə, amma ABŞ-ı qane etmirsə - bax onda nə olacaq bu çox maraqlı sualdır».

İlqar Məmmədova görə, mövqelərdə razılıq olmaması həmsədrlərin mətbuatla əlaqədən imtina etməsinə səbəb ola bilər.
XS
SM
MD
LG