MÜXTƏLİF İMZALARLA MƏKTUBLAR
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Milli Elmlər Akademiyasının keçmiş əməkdaşı, iqtisadi elmlər namizədi Mirseyfəddin Məmmədovu 7 il müddətinə azadlıqdan məhrum edib.
Elmlər namizədinə verilən ittihama görə, o, Müdafiə Nazirliyi Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev qətlə yetiriləndən sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə müxtəlif imzalarla məktublar yazaraq qətldə müxtəlif şəxslərin adlarını hallandırıb.
İstintaq İdarəsi məlumatlarda adları göstərilən şəxsləri dindirməyə cəlb edib. Elmlər namizədinin məlumatları əsasında dindirilənlərin sayı 100-ü ötüb. Sonradan istintaq məktubların mənbəyini araşdırıb və nəticədə Mirseyfəddin Məmmədov həbs olunub.
Mirseyfəddin Məmmədov məhkəmədə özünü təqsirli bilməyərək məktubların ona məxsus olmadığını deyib. Lakin məhkəmə qərara alıb ki, yazılan məktublar elmlər namizədinə məxsusdur, çünki xətşünaslıq ekspertizası bunu təsdiqləyir.
MTN-İ, POLİSİ AYAĞA QALDIRAN ELMLƏR NAMİZƏDİ
Mirseyfəddin Məmmədova qarşı irəli sürülən digər ittihama görə, o, hüquq-mühafizə orqanlarına müxtəlif imzalarla məktublar yazaraq ölkəyə terror qrupları tərəfindən silah-sursat gətirildiyini, o cümlədən, Milli Təhlükəsizlik Nazirliyinin bir qrup vəzifəlisinin, Bakının bir neçə rayonunun polis idarəsinin rəislərinin mənzillərinə silahlı basqınlar hazırlandığını bildirib.
Başqa bir ittihama görə, elmlər namizədi qonşuluğunda yaşayan bir neçə şəxsin narkotik vasitə alveri ilə məşğul olmaları barədə polisə müxtəlif imzalarla şikayətlər yazıb. Adları narkotik vasitə alverində hallanan şəxslər polisə aparılıb bir neçə gün saxlanılsalar da, fakt təsdiqini tapmadığından sərbəst buraxılıblar.
Məhkəmədə dindirilən ekspertlər yazılan bütün məktubların eyni qələmdən çıxdığını və xətşünaslıq ekspertizası nəticəsində müəllifin Mirseyfəddin Məmmədov olduğunu təsdiqləyiblər.
Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib.