Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 04:14

Hüquq müdafiəçiləri «Human Rights Watch»un hesabatında nələrlə razılaşırlar, nələrlə yox?


Rəşid Hacılı və Çingiz Qənizadə
Rəşid Hacılı və Çingiz Qənizadə
«Human Rights Watch»un hesabatında razılaşmadığım məqamlar var».

Bu fikri «Panorama» verilişində hüquq müdafiəçisi Çingiz Qənizadə deyib. Onun fikrincə, hesabatda bəzi sahələr üzrə şişirtmələr var:

«Hesabatda qeyd edilir ki, Azərbaycanda hüquq müdafiəçilərinin sıxışdırılması halları var. Kim mənə deyə bilər ki, 2009-cu ildə hansı hüquq müdafiəçisi təzyiqlərlə üzləşib. Əksinə, artıq bizə imkan yaradılıb ki, istədiyimiz təcridxanada, cəzaçəkmə müəssisəsində monitorinqlər aparaq. Hesabatda dini etiqad haqqında qanuna edilən dəyişikliklərin məhdudiyyət kimi dəyərləndirilməsi ilə də razılaşmıram».

Çingiz Qənizadə hesab edir ki, bütünlükdə Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi haqda deyilənlər həqiqət deyil. Onun fikrincə, bir sıra sahələrdə problemlər qalsa da, müəyyən inkişaf var.

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı isə düşünür ki, Azərbaycanda əsas insan hüquqları sahələrində geriləməni görməmək mümkün deyil:

«Siz deyirsiniz ki, 2009-cu ildə heç bir hüquq müdafiəçisinə təzyiq olmayıb. Leyla Yunus və İntiqam Əliyev diffamasiya ilə bağlı məhkəmə iddiası ilə üzləşiblər. Bunu elə onlara təzyiq kimi dəyərləndirmək olar. O, cümlədən dini sferada da məhdudiyyətlər var. Üstəlik, ötən il bir sıra məscidlər söküldü, dini icmaların fəaliyyətinə məhdudiyyətlər yaradıldı. Azərbaycanda ictimai fikirlə hakimiyyət arasında dərin uçurum yaranıb».

Rəşid Hacılı hesab edir ki, vəziyyətin bu həddə çatması həm də beynəlxalq amillərlə bağlıdır:

«Rusiya və Çin getdikcə güclənir. Ona görə Azərbaycan kimi bəzi ölkələr getdikcə üzlərini onlara doğru çevirməkdədir. Biz Ermənistanda da oxşar prosesləri görürük».

Buna da bax:

XS
SM
MD
LG