Bu gün Kanadada Haitidə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasıyla bağlı beynəlxalq toplantı keçiriləcək. Toplantıda ABŞ, Kanada, Fransa və bir çox Latın Amerikası ölkələrinin xarici işlər naziri iştirak edəcək.
İndiyə qədər dünya dövlətləri Haitiyə bütövlükdə 1 milyard dollara yaxın yardım etməyə söz veriblər.
Haiti rəsmiləri zəlzələdə 150 min insanın həlak olduğunu təsdiqləyiblər.