Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:08

Vəkilin fəaliyyətinə xitam verildi


Həzi Məmmədov
Həzi Məmmədov
Vəkil Həzi Məmmədovun vəkillik fəaliyyətinə xitam verilməsinə dair iddia təmin olunub. Bu barədə AzadlıqRadiosuna Yasamal rayon Məhkəməsindən məlumat verilib. Ötən ay Vəkillər Kollegiyasının sədri Azər Tağıyev məhkəməyə müraciət edərək Həzi Məmmədovun 88 yaşında olmasını və səhhətinin peşəsi ilə məşğul olmasına yol vermədiyini əsas gətirərək onun fəaliyyetinə xitam verilməsini istəmişdi. Hakim Abbas Rzayev iddianı təmin edib.

Vəkil Həzi Məmmədov qərarın qərəzli olduğunu deyib. O AzadlıqRadiosuna bildirib ki, kollegiya sədri Azər Tağıyev onu vəkillik sahəsindəki problemlərlə bağlı prezidentə etdiyi müraciətə görə vəkillikdən uzaqlaşdırmaqla cəzalandırıb:

«Həm Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədri kimi, həm də bir vətəndaş kimi prezidentə müraciət etmişəm. Müraciətin məzmunu bundan ibarət olub ki, Azər Tağıyev Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üçün prezidentin 5 il əvvəl verdiyi sərəncama əməl etmir. Həmçinin Azərbaycan vəkilliyinin çətinliklərindən şikayət etmişəm. Bildirmişəm ki, ölkədə vəkillər üçün iş şəraiti yoxdur, vəkil dövlət hesabına hüquqi yardım göstərdiyi hər saat üçün 99 qəpiyə möhtacdır».

Həzi Məmmədov Yasamal rayon Məhkəməsinin çıxardığı qətnamədən apellyasiya şikayəti verəcəyini deyir.

88 yaşlı Həzi Məmmədov 20 il hakim, 47 il vəkil işləyib.
XS
SM
MD
LG