Yanvarın 26-da M.F.Axundov adına Milli Kitabxanada Milli Kitab Mükafatı ilə bağlı tədbir keçirilib. Tədbirdə mükafatın ekspertlər şurası müsabiqəyə qatılanlar arasından ən yaxşı iyirmiliyi elan edib.
«Media forum» saytı xəbər verir ki, iyirmiliyə düşən nasirlər və onların əsərləri bunlardır:
Şərif Ağayar «Kərpickəsən kişinin dastanı» romanı;
Əlabbas Bağırov «Qiyamçı» romanı;
Nəriman Əbdülrəhmanlı «Yalqız» romanı;
Eyvaz Əlləzoğlu «Odunçu geri qayıdır» romanı;
İlqar Fəhmi «Bakı haqqında kollaj» romanı;
Həmid Herisçi «Əli və Nino. Bakı» romanı;
Elxan Qaraqan «A» romanı;
Kamran Nəzirli «Esselər toplusu»;
Məqsəd Nur «Hekayələr toplusu»;
Əjdər Ol «Portret hekayələr»;
Seyran Səxavət «Yəhudi əlifbası» romanı;
Mövlud Süleymanlı «Erməni adındakı hərflər» romanı;
Taleh Şahsuvarlı «Canlanma» romanı;
Yusif Şükürlü «Çaba» povesti;
Rafiq Tağı «Hekayələr toplusu»;
Fəxri Uğurlu «Hekayələr toplusu»;
Rəna Yüzbaşı «Целая вечность в аду и на минуту больше» («Cəhənnəmdə əbədiyyətdən bir dəqiqə artıq») povesti;
Samit Əliyev «Семь шагов в направлении Заката» («Qüruba doğru yeddi addım») romanı;
Rəhim Hüseynov «Ключ дома твоего» («Sənin evinin açarı») romanı;
Azər Kamal «Дуэль по Фрейду» («Freydsayağı duel») novellalar toplusu.
Azərbaycan dilində 205, rus dilində 60 əsər təqdim olunmuş müsabiqəyə Azərbaycanın bütün bölgələrindən, eləcə də 7 ölkədən qatılan nasirlərdən ən gəncinin 15, ən yaşlısının isə 85 yaşı olub. 30-40 və 50-60 yaş qrupları arasında nasirlər müsabiqə iştirakçıları arasında çoxluq təşkil edib.
İkinci seçimin nəticələri fevralın 10-da bəlli olacaq. 20 əsərin içindən 10-u seçiləcək. Sonra onluğa düşən laureatların əsərləri kitab şəklində çap ediləcək. «10 ən yaxşı əsər» seriyasından buraxılacaq bu kitab kitabxanalara və ali məktəblərə pulsuz paylanacaq.
Bundan sonra münsiflər heyəti öz işinə başlayacaq. Fevral-mart aylarında onlar 10 ən yaxşı əsərdən üçünü müəyyənləşdirəcək və mayın 1-də keçiriləcək təqdimetmə mərasimində həmin qaliblərin adları açıqlanacaq.
Birinci yerin qalibi 3000 manat, ikinci yerin qalibi 2000 manat, üçüncü yerin qalibi isə 1000 manat qazanacaq. Bundan əlavə, bir gənc yazıçıya Gənclər və İdman Nazirliyindən 1000 manat məbləğində mükafat veriləcək.
Layihənin sponsorları «Azercell», «Azərsun» və «Qarant Sığorta» şirkətləridir.