Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisinə su testi


Məmmədhüseyn Müslümov
Məmmədhüseyn Müslümov
Yanvarın 28-i «İşdən sonra» proqramının qonağı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi üzrə monitorinq departamentinin direktoru Məmmədhüseyn Müslümov və AzadlıqRadiosunun əməkdaşı Babək Bəkir Gədəbəydə qızıl və mis emalı zavodunda aparılan monitorinqi müzakirə ediblər.

Babək Bəkirin Gədəbəydə apardığı araşdırmalara cavab olaraq Məmmədhüseyn Müslümov bildirib:

- Ərazidə olan su hövzələrinə baxış keçirilib, torpaq və su hövzələrindən nümunə götürülüb, analiz edildi. Müəssisəyə yaxın olan çayda güclü yağış baş verərsə, daşma nəticəsində zəhərli sionit məhlulunun su hövzəsinə tökülməsi riski yoxdur və sızma da ola bilməz. Sionit məhlulu istifadədən sonra xüsusi hovuzlara doldurulur ki, təmizlənib yenidən istifadəyə verilsin.

Məmmədhüseyn Müslümov hovuzun ölçüsünün 770 kvadratmetr olduğunu bildirdikdən sonra, o, aparıcı Xədicə İsmayılovanın «bu hovuz Gədəbəydə yerləşən bütün qızıl mədənlərinə kifayət edirmi» sualına belə cavab verib:

- Məhlul bahalı olduğu üçün onun sızması heç kimə maraqlı deyil.

Proqramda o cümlədən rəsmiyə zəhərli hesab edilən Sarıyol çayından nümunə götürülmüş suyu içmək təklif olundu.

O nə etdi?

ƏTRAFLI MƏLUMAT ALMAQ İSTƏYİRSİNİZSƏ MÜZAKİRƏNİ DİNLƏYİN.
XS
SM
MD
LG