«Kənd təsərrüfatının inkişafına böyük vəsaitlər qoyulub. Güzəştli şərtlərlə fermerlərə gübrələr verilməyə başlanıb. Yanacaq, toxum, meliorasiya məsələlərinə böyük diqqət göstərilir və suvarılan torpaqların ərazisi artırılıb. Və bunun da nəticəsində biz bir il ərzində 300-400 min ton daha çox taxıl istehsal elədik. Fermerləri nəzərdə tuturam».
Prezident İlham Əliyev regionların sosial iqtisadi inkişafına dair 2004-2009-cu il üzrə dövlət proqramının yekunlarına həsr olunmuş konfransdakı çıxışında belə deyib. 2009-cu ilin fevralında keçirilən həmin konfrans bir 5 illiyi yekunlaşdırmaqla yanaşı növbəti 5 illikdə bütün sahələrə, o cümlədən də kənd təsərrüfatına yeni vəsaitlərin ayrılacağını vəd edirdi.
GÜZƏŞTLİ YARDIMLAR VAXTINDA VƏ QAYDASINDA ÇATDIRILMIR
Həmin konfransda çıxış edən rayon icra başçıları isə deyirdilər ki, bu vəsaitlərin ayrılması nəticəsində kənd təsərrüfatı məhsullarında ciddi artım müşahidə olunur.
Bəzi fermerlər isə o vaxt da, sonra da iddia edirdilər ki, nəzərdə tutulan güzəştli yardımlar heç də onlara vaxtında və qaydasında çatdırılmır.
Belə narazı fermerlərdən biri - Salyan rayonundan olan Elçin Əzizov deyir ki, rayonda icra başçısı dəyişdirildiyi üçün bu il hələ ki, problemlə üzləşməyib. Amma keçən il gecikdirmələr var idi:
«Keçən il yanacaq pulunu iyul - avqust aylarında verməli olduqları halda gecikdirdilər».
Maliyyə Nazirliyinin 13 yanvar 2010-cu il tarixli sənədində isə göstərilib ki, 2007-2008-ci illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına qurum tərəfindən dövlət büdcəsindən ayrılmış yardımların xərclənməsində ciddi nöqsanlara yol verilib. Yəni, prezidentin haqqında danışdığı vəsaitlərin əslində yerlərdə təyinatından yayındırılması aşkarlanıb. Maliyyə Nazirliyi bu sənədi Nazirlər Kabinetinə göndərib.
«CAMAATI 40 MANATDAN, YARDIMLARDAN İYRƏNDİRDİLƏR»
Kənd Təsərrüfatı Nazirliyində aqrar islahatlar və sahibkarlığın inkişafı şöbəsinin müdiri İslam İbrahimov deyir ki, nöqsanlar barədə Maliyyə Nazirliyinin müraciətinin ciddi araşdırılması üçün artıq baş nazir göstəriş verib. Ancaq bununla belə, Maliyyə Nazirliyində doğru-düzgün araşdırma aparmırlar.
Cənab İbrahimov deyir ki, araşdırmalar aparılması üçün Maliyyə Nazirliyinin yerli komissiyalarından başqa, Respublika Komissiyasının tərkibində də nümayəndəsi var. Ona görə də yerlərdə və Respublika Komissiyasında həmin nümayəndələrin baxıb təsdiqlədiyi sənədi Maliyyə Nazirliyinin yenidən araşdırması məntiqli görünmür. Əsl məntiq isə ondadır ki, ölkədə 140 min hektar taxıl sahəsi azalıb. Və bunun səbəbi Maliyyə Nazirliyinin ayrılan vəsaiti yerlərə vaxtında çatdırmamasıdır:
«Verməyib, camaatı 40 manatdan, yardımlardan iyrəndirdilər. Camaat da dedi ki, mən əkib qurtarandan sonra sənin verdiyin 40 manat artıq lazım deyil. Gələn il taxıl, buğda sahəsində qıtlıq olanda bu məsələ qalxacaq. İndidən istəyirlər desinlər ki, onlarda günah yoxdur. Səbəb bu nöqsanlardır. Əgər 10 nəfərin günahı varsa, niyə buna görə Maliyyə Nazirliyi 500 adamın pulunu vaxtında buraxmır».
Maliyyə Nazirliyinin hökumətə göndərdiyi sənədə görə, yoxlamalar nəticəsində məlum olub ki, yerlərdə tərtib olunmuş sənədlərdə mövcud olmayan səhələrdə taxıl səpildiyi qeyd olunub, arpa sahələri taxıl sahəsi kimi təqdim edilib, bələdiyyə sədrlərinin adlarına əsassız olaraq buğda səpilməsi rəsmiləşdirilib. Həmçinin, yanacaq və motor yağlarının verilməsi sənədlərində qanunsuz düzəlişlər üzə çıxarılıb.
«İNDİKİ SUBSİDİYALAŞDIRMA SİYASƏTİ İFLASA UĞRAYACAQ»
«Çox güman ki, bu il taxıl istehsalının azalması gözlənilir. İndidən onu ört-basdır etmək istəyirlər. Əgər bu baş versə, onda indiki subsidiyalaşdırma siyasəti iflasa uğrayacaq».
Bütün bunlar isə o demək olacaq ki, keçən il kənd təsərrüfatı məhsullarının istehsalının artımında subsidiyalaşdırmanın ciddi rol oynadığı barədə deyilənlər həqiqətə uyğun olmayıb.
Zöhrab İsmayıl belə deyir və əlavə edir ki, ona görə də Maliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə subsidiyalaşdırmanın mexanizmini təkmilləşdirmək üzərində düşünməlidir.
Maliyyə Nazirliyinin hökumətə göndərdiyi sənəddə Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, İmişli və Zərdab rayonlarında da analoji halların aşkarlandığı qeyd olunub.
Prezident İlham Əliyev regionların sosial iqtisadi inkişafına dair 2004-2009-cu il üzrə dövlət proqramının yekunlarına həsr olunmuş konfransdakı çıxışında belə deyib. 2009-cu ilin fevralında keçirilən həmin konfrans bir 5 illiyi yekunlaşdırmaqla yanaşı növbəti 5 illikdə bütün sahələrə, o cümlədən də kənd təsərrüfatına yeni vəsaitlərin ayrılacağını vəd edirdi.
GÜZƏŞTLİ YARDIMLAR VAXTINDA VƏ QAYDASINDA ÇATDIRILMIR
Həmin konfransda çıxış edən rayon icra başçıları isə deyirdilər ki, bu vəsaitlərin ayrılması nəticəsində kənd təsərrüfatı məhsullarında ciddi artım müşahidə olunur.
Bəzi fermerlər isə o vaxt da, sonra da iddia edirdilər ki, nəzərdə tutulan güzəştli yardımlar heç də onlara vaxtında və qaydasında çatdırılmır.
Belə narazı fermerlərdən biri - Salyan rayonundan olan Elçin Əzizov deyir ki, rayonda icra başçısı dəyişdirildiyi üçün bu il hələ ki, problemlə üzləşməyib. Amma keçən il gecikdirmələr var idi:
«Keçən il yanacaq pulunu iyul - avqust aylarında verməli olduqları halda gecikdirdilər».
Maliyyə Nazirliyinin 13 yanvar 2010-cu il tarixli sənədində isə göstərilib ki, 2007-2008-ci illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına qurum tərəfindən dövlət büdcəsindən ayrılmış yardımların xərclənməsində ciddi nöqsanlara yol verilib. Yəni, prezidentin haqqında danışdığı vəsaitlərin əslində yerlərdə təyinatından yayındırılması aşkarlanıb. Maliyyə Nazirliyi bu sənədi Nazirlər Kabinetinə göndərib.
İslam İbrahimov
APA-nın bu barədə yaydığı məlumata görə isə, artıq Nazirlər Kabineti 15-dək rayonun icra hakimiyyətinə bu məsələ ilə bağlı rəsmi müraciət göndərib. «CAMAATI 40 MANATDAN, YARDIMLARDAN İYRƏNDİRDİLƏR»
Kənd Təsərrüfatı Nazirliyində aqrar islahatlar və sahibkarlığın inkişafı şöbəsinin müdiri İslam İbrahimov deyir ki, nöqsanlar barədə Maliyyə Nazirliyinin müraciətinin ciddi araşdırılması üçün artıq baş nazir göstəriş verib. Ancaq bununla belə, Maliyyə Nazirliyində doğru-düzgün araşdırma aparmırlar.
Cənab İbrahimov deyir ki, araşdırmalar aparılması üçün Maliyyə Nazirliyinin yerli komissiyalarından başqa, Respublika Komissiyasının tərkibində də nümayəndəsi var. Ona görə də yerlərdə və Respublika Komissiyasında həmin nümayəndələrin baxıb təsdiqlədiyi sənədi Maliyyə Nazirliyinin yenidən araşdırması məntiqli görünmür. Əsl məntiq isə ondadır ki, ölkədə 140 min hektar taxıl sahəsi azalıb. Və bunun səbəbi Maliyyə Nazirliyinin ayrılan vəsaiti yerlərə vaxtında çatdırmamasıdır:
«Verməyib, camaatı 40 manatdan, yardımlardan iyrəndirdilər. Camaat da dedi ki, mən əkib qurtarandan sonra sənin verdiyin 40 manat artıq lazım deyil. Gələn il taxıl, buğda sahəsində qıtlıq olanda bu məsələ qalxacaq. İndidən istəyirlər desinlər ki, onlarda günah yoxdur. Səbəb bu nöqsanlardır. Əgər 10 nəfərin günahı varsa, niyə buna görə Maliyyə Nazirliyi 500 adamın pulunu vaxtında buraxmır».
Maliyyə Nazirliyinin hökumətə göndərdiyi sənədə görə, yoxlamalar nəticəsində məlum olub ki, yerlərdə tərtib olunmuş sənədlərdə mövcud olmayan səhələrdə taxıl səpildiyi qeyd olunub, arpa sahələri taxıl sahəsi kimi təqdim edilib, bələdiyyə sədrlərinin adlarına əsassız olaraq buğda səpilməsi rəsmiləşdirilib. Həmçinin, yanacaq və motor yağlarının verilməsi sənədlərində qanunsuz düzəlişlər üzə çıxarılıb.
«İNDİKİ SUBSİDİYALAŞDIRMA SİYASƏTİ İFLASA UĞRAYACAQ»
Zöhrab İsmayıl
İqtisadçı ekspert Zöhrab İsmayıl isə hesab edir ki, kəndlərdə, qəsəbələrdə icra nümayəndələri subsidiyalaşdırma üçün ayrılan vəsaiti mənimsəməklə məşğuldurlar. Bundan başqa, onlar fermerlərin adına əlavə taxıl yazmaq kimi maxinasiyalar da edirlər. Buna görə də əsasən taxıl istehsalı ilə bağlı ortada olan rəqəmlər həqiqətə uyğun gəlmir. Digər tərəfdən isə Maliyyə Nazirliyinin vəsaitləri gecikdirməsi ənənəsi hamıya məlumdur:«Çox güman ki, bu il taxıl istehsalının azalması gözlənilir. İndidən onu ört-basdır etmək istəyirlər. Əgər bu baş versə, onda indiki subsidiyalaşdırma siyasəti iflasa uğrayacaq».