Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:05

ABŞ Dağlıq Qarabağ adlı qurum tanımır


ABŞ hökuməti Dağlıq Qarabağ adlı qurum tanımır.

Bu barədə ABŞ Dövlət departamentinin Azərbaycanın notasına cavabında bildirilir.

Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov Trendə bildirib ki, Dövlət departamentinin notaya cavabı yanvarın 26-da Azərbaycanın ABŞ-dakı səfirliyinə çatdırılıb.

Xatırladaq ki, dekabrın 17-də Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev Konqresin Dağlıq Qarabağdakı separatçı rejimə maddi yardım ayırması ilə bağlı
Dövlət Departamentinə nota göndərmişdi.

Dövlət Departamentinin notaya cavabı bayramlara görə ləngiyirdi.
XS
SM
MD
LG