Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:53

Köhnə avtomobillər ölkəyə buraxılmayacaq


Bakıda avtomobil bazarı
Bakıda avtomobil bazarı
Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycana idxal olunan spirtli içkilərə gömrük rüsumlarının artırılması və idxal olunan minik avtomobillərinin istehsal müddəti üçün hədd qoyulması təklifi ilə çıxış edib.

DGK-nın sədri Aydın Əliyev bildirib ki, bu təklifin konkret hansı illərdə istehsal olunan maşınlara şamil ediləcəyi bilinmir:

«Bundan əvvəl biz təklif etmişdik ki, MDB ölkələrindən gətirilən avtomobillərə 5 il, uzaq xarici ölkələrdən gətirilənlərə isə 7 il müddət verilməlidir. Amma bu müddət də çoxdur. Bəzi maşınlar texniki tələblərə cavab vermir. Əsas məsələ odur ki, idxal olunan avtomobillər «Avro-2» və «Avro-3» standartlarına cavab verməlidir».

Aydın Əliyev deyib ki, Azərbaycanda avtomobil idxalına tətbiq olunan vergi rüsumunun artırılması da təklif olunur.

DGK sədri spirtli içkilərlə bağlı rüsumun növlər üzrə tətbiq edilməsi təklifinin irəli sürdüyünü bildirib:

«Spirtli içkilərlə bağlı gömrük rüsumu konkret növlər üzrə olacaq». / APA /
XS
SM
MD
LG