«Görkəmli oftolmoloq Zərifə Əliyevanın doğum günü - 28 apreli Azərbaycanda Analar Günü kimi qeyd edilməsini təklif edirəm». Bu sözləri deputat Elmira Axundova Milli Məclisin fevralın 1-də keçirilən toplantısında deyib.
Xanım deputat hesab edir ki, 8 mart Beynəlxalq Qadınlar Günü artıq önəmini itirib. Ona görə də bu günü ləğv edib qeyri-iş günü olan Analar Gününü təsis etmək məqsədəuyğundur.
Zərifə Əliyeva eks-prezident Heydər Əliyevin həyat yoldaşı, indiki prezident İlham Əliyevin anasıdır.