Bu gün “Eurovision 2010” mahnı yarışmasının milli seçim turunun yarımfinal mərhələsi olacaq. Konsert axşam saat 8-də “Buta” sarayında keçiriləcək.
Finala 3 vəsiqə uğrunda 6 namizəd - Azad Şabanov, Məryəm Şabanova, Səfurə Əlizadə, Ülviyyə Rəhimova, Elli Miçiyeva və “Milk&Kisses” qrupu mübarizə aparacaq. Konsertdə “Eurovision 2009”-un qalibi Aleksandr Rıbakın da iştirak edəcəyi gözlənilir.
Keçən il Moskvada keçirilmiş “Eurovision 2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Aysel-Araş cütlüyü üçüncü yeri qazanmışdı.