«Forbes» jurnalı dünyanın ən gözəl şəhərlərini müəyyənləşdirmək qərarına gəlib. Bu məqsədlə dünyaca məşhur mütəxəssislərə üz tutub. Şəhərsalma, arxitektura və dizayn üzrə sayılıb-seçilən ekspertlərdən bircə suala cavab istəyib: «Hansı şəhəri dünyanın ən gözəl şəhəri hesab edirsiniz?» Pravda.Ru saytında gedən siyahını sizə çatdırırıq.
Səhv etmədiniz. Birinci yerdə, əlbəttə ki, şəhərlər-şəhəri Paris qərar tutub. Ekspertləri bu şəhərdə ən çox heyran edən- Qrand Palas, Eyfel qülləsi və Yelisey çölləridir. Üstəgəl, dünyanın ən gözəl otellərindən biri - Ritz də Parisdədir. Versal sarayının memarının ucaltdığı bu otelin 100-dən çox yaşı var! Amma hələ də xidmət mədəniyyəti ilə hamını təəccübləndirir.
İkinci yerdə Kanadanın Vankuver şəhəri durur. Ekspertlər onun məşhur yerli Sahilyanı silsiləsinə və Stenli-Parkına aşiq olublar. Vankuverin Akvariumu ilə məşhur Gestaun adlanan qədim məhəlləsi, Qrenvill körpüsünün altındakı okean və təbiət məhsullarının satıldığı Qrenvill-Aylend adacığı da görülməyə dəyər. Bundan başqa bu şəhərdə bütün qonaqların mütləq görmək istədiyi, ekzotik məhsullar və restoranlarla zəngin bir məkan var - bu Çaynataun adlanan Çin məhəlləsidir. Ənənəvi Çin bağına tamaşa etmək istəyənlər çox da uzağa getmirlər. Çin bağı elə Çin məhəlləsindədir...
Üçüncü yer Avstraliyanın Sidney şəhərinin bəxtinə düşüb. Sidneyin ən görməli yeri şəhərin simvolu sayılan, unikal memarlığı ilə seçilən Opera-Hauz sayılıb. Ölkənin ən uca binası olan Sidney qülləsi, ən iri sığorta şirkətinin mənzil qərargahı və şəhərin valehedici mənzərəsi açılan əzəmətli Xarbor Bric körpüsü də bu şəhərdədir. Hələ bitmədi. Dünyanın ən iri zooparklarından biri və akula kolleksiyası ilə öyünən Akvarium, həmçinin Botanika bağı, «Mavi dağlar» adlanan vəhşi təbiət qoruğu da bu bəxtəvər şəhərdədir...
Dördüncü yerdə İtaliyanın Florensiya şəhəridir. Bu şəhər bənzərsiz memarlıq incisi sayılan, böyük italyan rəssamlarının sənət əsərləri ilə süslənmiş Santa Mariya del Fiore məbədi ilə məşhurdur. Bu kilsə nə az-nə çox –1296-cı ildə Santa Reparat adlanan köhnə bir kilsənin yerində tikilib. Memarın adı da bu günümüzə çatıb - Arnolfo di Kambio! Ekspertlər bu şəhərdə daha bir kilsəyə - Santa Kroçe kilsəsinə də mütləq baş çəkməyi məsləhət bilirlər. Çox böyük tarixi dəyəri olan kilsə, təkcə qotik üslubun tərtəmiz əksinə görə deyil, həm də sənət əsərlərinin zəngin kolleksiyasına görə unikaldır. Ən maraqlısı, bu kilsənin də memarı Arnolfo di Kambiodur. 1294-cü ildə tikilməyə başlayan məbəddə iş X1V əsrin ikinci yarısınadək davam edib. Ancaq 1443-cü ildə kilsə camaatın üzünə açılıb.
Beşliyi romantik Venesiya qapayır. 118 adacıqlardan ibarət, 160 kanal zənciriylə bir-birinə bağlanmış 400-dən çox körpü və körpücüklərin məskəni olan unikal şəhər! Harada dolaşırsan dolaş, göstərici tablolar səni dünyanın ən gözəl meydanlarından sayılan San Markoya gətirib çıxaracaq. Bu meydana ən gözəl mənzərə Napoleonun «Avropanın ən gözəl salonu» adlandırdığı bina kompleksinin Napoleonun adını daşıyan qanad hissəsindən açılır. Ekspertlərin fikrincə, şəhərin himayəçisi sayılan Müqəddəs Markın şərəfinə ucaldılmış və təbii ki, onun adı verilmiş məbəd də baxılmağa dəyər.
Siyahı belə davam edir:
Keyptaun (CAR). Ən görməli yerləri - Kirstenboş Botanika Bağı, Viktoriya və Alfred limanı.
San-Fransisko- «Qızıl Darvaza» körpüsü.
Çikaqo - Millenium Parkı, Maqnificent Mile rayonu, Miçiqan gölü sahilləri.
Nyu-York - Mərkəzi Park, Empayr-steyt-bildinq göydələni.
London - Biq-Ben, Tauer körpüsü, Trafalqar meydanı və Kembricdəki Kinqs College-in saat qülləsi, Qreyt Uz çayının töküldüyü yer, Riyaziyyat Mərkəzi.
Tokio - İmperator sarayı, Tokyo Tovver qülləsi.
Vəssalam. Təəssüf ki, Bakı bu gözəllər siyahısında yoxdur. Maraqlıdır, əgər olsaydı, onu necə tanıdardılar? Siz ekspert olsaydınız, Bakının nəyini seçib ayırardınız?