Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 15:43

ŞPARQALKA


Günlərin bir günü YAP-a qəbul gedir. Raykomun binasında iki biznesmen dəhlizdə durub həyəcanla qəbul komissiyasına dəvət gözləyir. Birini içəri çağırıb sual verirlər:

- Ulu öndərin iştirak etdiyi ən vacib sammit harada keçirilib?

- Da-vos?

- Düz deyil, Lissabon!

Kor-peşman dəhlizə çıxıb başına gələni yoldaşına danışır. O, da doğru cavabı kağıza yazıb, ayaqqabısının altına yapışdırır.

Bunu da içəri dəvət edirlər. Qapıdan keçəndə şparqalka-kağız ayaqqabısından qopub dəhlizdə qalır. Sammit haqqında eyni sualı bu namizədə də verirlər.

Gözucu ayaqqabısının altına baxandan sonra cavab verir:

- Salamander!
XS
SM
MD
LG