Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:08

ABŞ Türkiyə-Ermənistan normallaşmasına yardım vəd edib


ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq Ermənistan prezidenti Serj Sarkisyanı əmin edib ki, Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması Vaşinqton üçün son dərəcə önəmlidir.

Dünən o, Yerevanda Ermənistanın prezidenti və Xarici İşlər naziri ilə görüşüb. Görüşün əsas müzakirə mövzusunun Türkiyə-Ermənistan əlaqələrinin nizamlanması olduğu bildirilir.

Sarkisyanın ofisindən verilən məlumata görə Ceyms Steynberq ABŞ-ın bu prosesə yardım etməyə hazır olduğunu bildirib.

Ermənistanla Türkiyənin Xarici İşlər nazirləri keçən ilin oktyabrında diplomatik əlaqələrin qurulması və aralarında sərhədin açılmasına dair iki ptorokol imzalayıb. Sənədlər qüvvəyə minmək üçün hər iki ölkədə parlamentlərin təsdiqini gözləyir.
XS
SM
MD
LG