Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:25

Azərbaycan İsraillə İran arasında


Fevralın 11-i «İşdən sonra» proqramında İsrail–İran münasibətləri, eyni zamanda bu münasibətlərin Azərbaycana təsiri məsələləri müzakirə edilib. Proqramın qonağı «Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu məsələyə münasibətini belə bildirib:

- İsrail dövləti yaranmazdan çox əsrlər əvvəl yəhudilərin sığınacaq tapdıqları yeganə ölkələrdən biri də Azərbaycan olub. İsraildə də bunu nəzərə alırlar. Bu gün münasibətlər emosiyalar üzərində deyil, siyasi maraqlar üzərində qurulur. İran məsələsində İsrail üçün Azərbaycanın əhəmiyyəti böyükdür.

Sədrəddin Soltan
Proqramın digər qonağı siyasi şərhçii Sədrəddin Soltan isə belə deyib:

- Bölgənin ərəb olmayan iki dövləti var. İran və İsrail arasında bölgədə hegemonluq uğrunda daim mübarizə gedib. İran hesab edir ki, bölgənin ən güclü, hegemon dövləti olmalıdır. Qubada fəaliyyət göstərən İranpərəst qurumlar var. İslam Partiyasının sədri Qubadandır. Həm sünni həm də şiə şəhəridir. Şiə məscidlərində İranın təsiri var. İsrail bir dövlət olaraq Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılmasında maraqlıdır.

Ərəstun Oruclu:

- İsrail əslində demokratik dövlətdir. Azərbaycan dövlətinin mövcudluğunu İran təhlükə kimi qəbul edir. İlk gündən İranın bütün bölgələrdəki fəaliyyəti təhdidlərə yönəlib. İndiki hökumət İran qarşısında acizlik nümayiş etdirir.
Ərəstun Oruclu
Yeri gələndə onların diplomatik nümayəndələrini də qovmaq lazımdır Azərbaycandan. İran Azərbaycanın müttəfiqi deyil, ola da bilməz.

Sədrəddin Soltan isə bildirib ki, Azərbaycanın İrana, İran azərbaycanlılarına münasibətdə müəyyən olunmuş siyasəti yoxdur:

- İranın ölkəmizdə yaratdığı şəbəkələr var. Mən hesab edirəm ki, Azərbaycanın xarici siyasətində müəyyən anlaşılmazlıqlar olduğu kimi İran azərbaycanlılarına qarşı müəyyən siyasəti yoxdur.

İran Azərbaycandan istifadə edirmi?

İsraillə münasibətlərdən Azərbaycan nə əldə edəcək?

BU VƏ BAŞQA SUALLARA CAVABI PROQRAMI DİNLƏYƏRƏK TAPA BİLƏRSİNİZ
.

Buna da bax:

XS
SM
MD
LG