Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:13

«Azəriqaz»ın gizli saxladığı müqavilə


Nazim Səmədzadə
Nazim Səmədzadə
Bu ilin yanvarından Azərbaycanda qazın satışına özəl şirkət - «Azqazservis» MMC nəzarət edəcək. «Azəriqaz» bununla bağlı «Azqazservis»lə müqavilə bağlayıb.

«Azəriqaz»ın direktorunun birinci müavini Nazim Səmədzadə fevralın 12-də keçirdiyi mətbuat konfransında bildirib ki, hələlik bu təşkilat yalnız Bakı və Abşeron yarımadasına qaz satışı ilə məşğul olur, növbəti aylarda isə bütün ölkədə qaz satışına nəzarət edəcək.

Qurum istehlak olunan qaza görə, vəsaitin toplanması, uçotu ilə məşğul olacaq, habelə borcu olan abunəçilərin qazını kəsəcək .

AzadlıqRadiosunun «yanvar ayında bu xidmət üçün «Azəriqaz» «Azqazservis»ə nə qədər vəsait ödəyib» sualına cavabında N.Səmədzadə «hələ ki, bu vəsaitin həcmi hesablanmayıb», deyə cavab verib.


AzadlıqRadiosu "xidmətin «Azqazservis»ə verilməsi üçün tender keçirilibmi sualına cavabında" «Azəriqaz» rəsmiləri bildiriblər ki, bu şirkətlə Dövlət Neft Şirkətinin Satınalmalar Komitəsində qanun çərçivəsində müqavilə bağlanılıb, amma müqavilənin təfərrüatları kommersiya sirridir.
XS
SM
MD
LG