Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İranın nüvə yanacağının öz ölkəsinin ərazisində mübadiləsinə razı olduğunu bildirib.
Ərdoğanın sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyi BMT-nin təklif etdiyi uranın mübadiləsi əməliyyatının Türkiyə ərazisində həyata keçirilməsinin mümkünlüyü məsələsini gündəmə gətirib.
Baş nazir deyib ki, müraciət olarsa, Türkiyə belə mübadiləyə ev sahibliyi etməyə hazırdır.