Qazaxıstanın Xarici İşlər naziri Kanat Saudabayev Azərbaycana ilk dəfə ATƏT-in sədri missiyasında səfər etdi. Onun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla isti, dostyana, hətta ərkyana münasibəti isə jurnalistlərin diqqətindən yayınmadı.
Qeyri-rəsmi söhbətlərində bir-birinə «sən» deyə müraciət edən nazirlərin xoş ilişgisi nəzəri ona görə çəkir ki, indiyədək Elmar Məmmədyarovun ATƏT-in keçmiş sədrlərindən hər hansı biriylə belə ərkyana münasibəti sezilməmişdi.
Kanat Saudabayev demokratiya və insan hüquqlarıyla öyünməyə heç də əsası olmayan bir ölkənin məmurudur. ATƏT isə insan haqları, demokratiya, söz və mətbuat azadlığını müdafiə edən, qoruyan bir institutdur. Demokratiya dəyərlərini öz ölkəsində müdafiə etməyən bir nazirin Azərbaycanda bu dəyərlərə yiyə çıxacağını gözləmək olarmı?
AXCP sədri Əli Kərimli Saudabayevdən hər hansı bir prinsipial mövqe gözləmir. Müsahibimiz deyir ki, cənab Saudabayev fevralın 15-də siyasi partiyalarla söhbətinə keçmiş prezident Heydər Əliyev irsi və ölkə başçısı İlham Əliyevin gördüyü işlərlə başlayıb.
DEMOKRATİYA SAHƏSİNDƏ ATƏT-İN İNDİYƏDƏK FƏALİYYƏTİ MƏHDUD OLUB
- Demokratiya sahəsində ATƏT-in indiyədək fəaliyyəti məhdud olub. Seçkiləri müşahidə edib və onun beynəlxalq standartlara uyğun olmadığını qeyd edib. Daha çox demokratikləşmə üçün heç bir iş görməyib. Bunu ona görə deyirəm ki, ATƏT-in fəaliyyətsizliyini Qazaxıstanın bu təşkilata sədrliyə bağlamaq olmaz.
Amma Əli Kərimli hesab edir ki, ATƏT sədrinin kimliyindən asılı olmayaraq, qurumun avtonom işləyən büroları öz səlahiyyətlərində səmimi olacaqlar.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə ümid edir ki, missiyanın özü şərtləri diktə edə bilər, yəni diktator ruhlu bir adam da o standartlarla işləməli olsa dəyişər:
BİZİM XARİCİ İŞLƏR NAZİRİ DƏ GEDİB ORDA İŞLƏSƏ…
- Məsələn, bizim Xarici İşlər naziri də gedib orda işləsə, demokratik mühiti, dəyərləri görsə, Azərbaycanın demokratikləşməsi üçün çalışar.
«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə düşünür ki, əksinə, bu cür təyinatlar həmin şəxslərin demokratiya dəyərlərinə diqqətini artırar. Azərbaycana gəlincə, Mehman Əliyevin gözləntisi Saudabayevdən yox, qarşıdakı parlament seçkisindəndir:
MÜSBƏT DƏYİŞİKLİK OLACAQ
- Mən bu il gözləyirəm ki, müsbət dəyişiklik olacaq. Əlbəttə, mən bunu seçkiyə bağlayıram. Seçkiqabağı bir çox məsələlər qabarıq olacaq.
SAUDABAYEV ÖZ RƏHBƏRİNƏ QULAQ ASIR
- Onun demokratiya dəyərlərinə bağlılığı barədə danışmaq sadəcə gülüncdür. Saudabayev öz rəhbərinə qulaq asır və onun tapşırıqlarını yerinə yetirir.
Qazaxıstanın «Azat» Partiyasının lideri Bulat Abilov da AzadlıqRadiosuna bildirir ki, Saudabayevi bir demokratiya təəssübkeşi kimi tanımır:
- Qazaxıstanda siyasi islahatlar barədə qərarları Nazarbayev qəbul edir. Saudabayev isə sadəcə səlahiyyətsiz və imkansız Xarici İşlər naziridir. O, yalnız Narabayevin diktə etdiklərini səsləndirir.
Azərbaycana səfərinin əsas məqsədindən danışan Kanat Saudabayev isə keçirdiyi mətbuat konfransında deyib ki, o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda məsələnin bütün spektrləri üzrə hər iki tərəflə müzakirələr aparmaq və gələcək addımları müəyyənləşdirmək istəyir.
Yeni ATƏT sədrindən demokratik inkişafa töhfə gözləməyən AXCP sədri Əli Kərimli də elə buna ümid edir - Saudabayevin Qarabağ münaqişəsinin həllində aktivlik yaradacağına…
Qeyri-rəsmi söhbətlərində bir-birinə «sən» deyə müraciət edən nazirlərin xoş ilişgisi nəzəri ona görə çəkir ki, indiyədək Elmar Məmmədyarovun ATƏT-in keçmiş sədrlərindən hər hansı biriylə belə ərkyana münasibəti sezilməmişdi.
Kanat Saudabayev demokratiya və insan hüquqlarıyla öyünməyə heç də əsası olmayan bir ölkənin məmurudur. ATƏT isə insan haqları, demokratiya, söz və mətbuat azadlığını müdafiə edən, qoruyan bir institutdur. Demokratiya dəyərlərini öz ölkəsində müdafiə etməyən bir nazirin Azərbaycanda bu dəyərlərə yiyə çıxacağını gözləmək olarmı?
AXCP sədri Əli Kərimli Saudabayevdən hər hansı bir prinsipial mövqe gözləmir. Müsahibimiz deyir ki, cənab Saudabayev fevralın 15-də siyasi partiyalarla söhbətinə keçmiş prezident Heydər Əliyev irsi və ölkə başçısı İlham Əliyevin gördüyü işlərlə başlayıb.
Əli Kərimli
Amma Əli Kərimlinin ümidsizliyinə səbəb ATƏT-in yeni sədrinin şəxsiyyəti deyil. O, bu təsisatda islahatlar aparılmasına ehtiyac olduğunu düşünür:DEMOKRATİYA SAHƏSİNDƏ ATƏT-İN İNDİYƏDƏK FƏALİYYƏTİ MƏHDUD OLUB
- Demokratiya sahəsində ATƏT-in indiyədək fəaliyyəti məhdud olub. Seçkiləri müşahidə edib və onun beynəlxalq standartlara uyğun olmadığını qeyd edib. Daha çox demokratikləşmə üçün heç bir iş görməyib. Bunu ona görə deyirəm ki, ATƏT-in fəaliyyətsizliyini Qazaxıstanın bu təşkilata sədrliyə bağlamaq olmaz.
Amma Əli Kərimli hesab edir ki, ATƏT sədrinin kimliyindən asılı olmayaraq, qurumun avtonom işləyən büroları öz səlahiyyətlərində səmimi olacaqlar.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə ümid edir ki, missiyanın özü şərtləri diktə edə bilər, yəni diktator ruhlu bir adam da o standartlarla işləməli olsa dəyişər:
BİZİM XARİCİ İŞLƏR NAZİRİ DƏ GEDİB ORDA İŞLƏSƏ…
- Məsələn, bizim Xarici İşlər naziri də gedib orda işləsə, demokratik mühiti, dəyərləri görsə, Azərbaycanın demokratikləşməsi üçün çalışar.
Novella Cəfəroğlu
Novella Cəfəroğlu hesab edir ki, Saudabayev oldu-olmadı, demokratik təsisatların demokratiyanın inkişafına təsiri azalır. «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə düşünür ki, əksinə, bu cür təyinatlar həmin şəxslərin demokratiya dəyərlərinə diqqətini artırar. Azərbaycana gəlincə, Mehman Əliyevin gözləntisi Saudabayevdən yox, qarşıdakı parlament seçkisindəndir:
MÜSBƏT DƏYİŞİKLİK OLACAQ
- Mən bu il gözləyirəm ki, müsbət dəyişiklik olacaq. Əlbəttə, mən bunu seçkiyə bağlayıram. Seçkiqabağı bir çox məsələlər qabarıq olacaq.
Bulat Abilov
Qazaxıstanlı müstəqil jurnalist Sergey Duvanov isə Kanat Saudabayevi ölkə prezidentinə tabe olan məmur kimi xarakterizə edir:SAUDABAYEV ÖZ RƏHBƏRİNƏ QULAQ ASIR