Bu gün axşam saat 18.00 radlrində Bakının Səbail rayonu ərazisində yerləşən “Karamel” kafesində partlayış baş verib. Səbail rayon prokuroluğundan Turana verilən məlumata görə, partlayışa səbəb məişət qazı olub. Ən azı 3 nəfər xəsarət alıb, həlak olan yoxdur. “Partlayış mətbəxdə yanğına səbəb olub”, deyə mənbə qeyd edib.
Hadisə yerində yanğınsöndürənlər və FHN-in əməkdaşları işləyir. Yanğın 20 dəqiqə sonra söndürülüb. Hadisənin səbəbləri araşdırılır.
Hadisə yerində yanğınsöndürənlər və FHN-in əməkdaşları işləyir. Yanğın 20 dəqiqə sonra söndürülüb. Hadisənin səbəbləri araşdırılır.