Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:03

«Qaz da ehsan deyil ki, açıb verəsən yandırsınlar»


Respublikanın 90 faizindən çox hissəsinə qaz verilir
Respublikanın 90 faizindən çox hissəsinə qaz verilir
«Qaz da ehsan deyil ki, açıb verəsən yandırsınlar».

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov «İşdən sonra»da belə deyib. Onun sözlərinə görə, qazla təmasda olan insanların işi minaaxtaranların işinə bənzəyir:

- Qazdan istifadə edənlər də ömürlərində bir dəfə səhv edirlər. Çünki ikinci səhvə macal tapmırlar. Respublikanın 90 faizindən çox hissəsinə qaz verilir. Ola bilsin ki, qazlaşdırma gedib, amma vətəndaşlar qaz almayıblar. Əhali qaz pulunu vermir. Qaz da ehsan deyil ki, açıb verəsən yandırsınlar. Dövlət mülkiyyətidir. Əhali qaz pulunu ödəmir. Yüz abonentdən onu ödəniş edir. «Azəriqaz»ın yığdığı qaz pulu 65 faizdir. Bəs qalanını kim ödəyəcək?

«Azəriqaz»ın mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı isə deyir ki, iş çoxdur, vaxt və pul lazımdır:

- Sovetin vaxtında belə, bizim bəzi kənd və qəsəbələrimiz qaz almırdı. Etiraf edirik ki, problemlərimiz var. Uzun illər yığılıb qalan problemlər qısa vaxtda həll edilə bilməz. Gündən- günə yeni yaşayış massivləri, mənzillər artır. Yeni yaşayış qəsəbəsinə qaz çəkmək nəzərdə tutulur, biz qazı çəkənə qədər qəsəbənin kənarında yeni yaşayış massivi yaranır. Bu, vaxt və vəsait tələb edir.

Qazın yoxdur, kimə müraciət etməlisən?

Nüsrət Qasımovu niyə işdən çıxarıblar?

PROQRAMI DİNLƏYİN.
XS
SM
MD
LG