Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 02:45

Avropa Şərqə 7 milyon avro verir


Avropa İttifaqı Şərq ölkələrində havanın keyfiyyətini yaxşılaşdırmağa dair layihə üçün 7 milyon avro ayırır. AzərTacın yaydığı məlumata görə, bu qərar Azərbaycan, Rusiya, Gürcüstan, Moldova, Belarus, Ukrayna və Ermənistanı əhatə edən «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində həyata keçiriləcək. Layihə iqlim dəyişmələrinin təsirini azaltmaq, ətraf mühitin mühafizəsi sahəsində dövlətlərarası əməkdaşlığı möhkəmləndirmək, vətəndaşlarda ekoloji biliklərin səviyyəsini artırmaq və təbii sərvətləri səmərəli idarə etmək məqsədi daşıyır.
XS
SM
MD
LG