Sual: Məcburi hərəkət istiqamət nişanı olaraq düzünə və sola hərətə icazə verildi halda, əks istiqamətdən gələn avtomaşınları buraxaraq geriyə dönmək olar?
Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, «Yol hərəkəti həqqında» Qanunun 65-cü maddəsinə müvafiq olaraq məcburi hərəkət istiqaməti (.4.1.1-4.1.6) nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verilir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi ümumi istifadədə olan nəqliyyət vasitələrinə şamil edilmir.
********
Sual: Hormetli DYP, 1.Hovsan-Hava limani istiqametinde salinmish yeni yolda yerdeki sari ox isharesi (orta cerge) neyi bildirir? Hormetle, Ceyhun
Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunda istiqaməti göstərən sarı xətlə işarələnmiş ox işarəsi nəzərdə tutulmamışdır.
***
Sual: 2(iki) yaşında uşaq qabaqda oturubsa nə qədər cərimə oluna bilərəm və bal düşürmü?
Cavab: Sorğunuza cavab olaraq bildiririk ki, «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 56-ci maddəsinə müvafiq olaraq minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda,12 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində daşımaq qadağan edilir. Bu qayda pozuntusuna görə İXM-nin 151.2 maddəsinə müvafiq olaraq 20-40 manat miqdarında cərimə nəzərdə tutulmuş və 3 balla qiymətləndirilir.
***
Sual: Salam. Bilmək istərdim.Tibbi müayinədən keçərkən nəqliyyat vasitəsini eynəklə idarə etmək məsləhət görülüb. Buna görə də sür. vəsiqəsini alanda şəklim eynəklədir. Lakin gündəlikdə eynəksiz gəzirəm və kifayət qədər normal görürəm. Əgər nəq. vasitəsini eynəksiz idarə etsəm bu qayda pozuntusu hesab olunur? Əgər hə onda cərimə balı və ya miqdarını bildirəsiniz. Əvvəlcədən təşəkkür edirəm.
Cavab: nəqliyyat vasitəsini eynəkli və eynəksiz idarə etmək qayda pozuntusu hesab olunmur.
***
Sual: mənim sənədlərimi Qubada alıblar arxa oturacaqda 4 adam agardığıma görə.Mən nə qədər cərimə ödəməliyəm?Sənədlərim nə vaxt gələcək və məni xəbərdar edəcəklərmi?Yoxsa mən tez-tez soraqlaşım?
Cavab: sərnişindaşıma qaydalarının pozulmasına görə İXM-nin 151.2 maddəsinə müvafiq olaraq 20-40 manata miqdarında cərimə nəzərtə tutulmuşdur.
***
Sual: Salam. Bilmek isteyirem ki, avtomobilimde Müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) siqnal qurasdirilibsa DYP emekdasi menim avtomobilimi cerime meydanina apara biler? Ya sadece 155.2.4. maddesi ile cerime edilmeliyem? Mumkunse hansi hallarda avtomobilin cerime meydanina aparilmasi barede melumat vererdiz. Evvelceden tesekkur edirem.
Cavab: «Yol hərəkəti haqqında» Qanunun 74-cü maddəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq xüsusi çox avazlı səs və sayrışan işıq siqnalları ilə və ya sürəti ölçməyə maneçilik törədən, yaxud ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrlə təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 155.2.4-cü maddəsinə müvafiq olaraq məsuliyyət daşıyırlarş
«Yol hərəkəti haqqında» Qanunun 1 saylı əlavəsinin 7-ci hissəsinin tələblərinə müvafiq olaraq bu qayda pozuntusu nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar siyahısına daxildir.
Nəqliyat vasitəsinin hansı hallarda idarə olunmasından kənarlaşdırılması məsələləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406.1-cü maddəsində tanış ola bilərsiniz.
***
Sual: Avtomabilin qabağını qaldırmağa niyə icazə verilmir?
Cavab: «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun və qüvvədə olan digər normativ sənədlərin tələblərinə əsasən nəqliyyat vasitəsinin texniki göstəriciləri və tələbləri istesalçı zavodun təyin etdiyi şərtlərə uyğun olmalıdır. Qeyd etdiyiniz avadanlıqlaşdırma istehsalçı zavodun tələblərinə tam uyğun olmadığı və hərəkət zamanı təhlükəsizlik tələbləri pozulduğu üçün belə quraşdırmalara icazə verilmir.