Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:08

Bu gün Milli Məclisin iclasıdır


Fevralın 23-də Milli Məclisin növbəti iclası keçiriləcək. İclasda «Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» Konstitusiya qanununun layihəsi müzakirə olunacaq, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.

Bundan əlavə, iclasda 2009-cu il martın 18-də keçirilmiş referendum nəticəsində qəbul edilmiş «Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar «Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında» Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə», «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədə», «İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında» qanununun layihələri müzakirə olunacaq. /AnsPress/
XS
SM
MD
LG