Ermənistan parlamentinə Türkiyə ilə imzalanan protokollardan yan keçməyə imkan verən qanun edib. Fevralın 25-də parlamentdə üçüncü oxunuşda qəbul edilən qanuna görə Ermənistanın imzaladığı beynəlxalq qanunlar və razılaşmalar qüvvəyə minməzdən əvvəl onların icrası dondurula və ya dayandırıla bilər.
Müxalifətdə olan “Daşnaksütyun” səsəverməni boykot edib.
Prezident Sarkisyanın imzalamasından sonra qanun qüvvəyə minəcək.
Dekabr ayında Sarkisyan bildirmişdi ki, Türkiyənin aralarında imzalanan protokolların təsdiqini Dağlıq Qarabağ münaqişəsinin həllinə bağlamasına cavab olaraq bu qanun layihəsini parlamentə göndərib.
O, həmçinin bildirib ki, Ankara protokolları təsdiqləməyi ağlabatan səbəblər olmadan gecikdirsə, sənədləri birtərəfli ləğv edəcəklər.
Keçən il Türkiyə ilə Ermənistanın xarici işlər nazirləri ölkələri arasında diplomatik əlaqələrin qurulması və sərhədin açılması barədə iki protokol imzalayıblar. Sənədlər icra edilmək üçün hər iki ölkədə parlamentlərin təsdiqini gözləyir.
Yerevan bildirir ki, Ankara bu sənədin təsdiqi üçün Qarabağa münaqişəsinin nizamalnamasını əsas gətirməklə razılaşmanı pozur. Ankara isə Yerevanı ittiham edir ki, imzalanmış sənədə əlavə şərtlər qoyur. Belə ki, protokollarda erməni soyqırımı iddialarını araşdıracaq komissiyanın yaradılması nəzərdə tutulsa da Yerevan bundan imtina edir.